Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun məhkəməsinin vaxtı müəyyənləşib.
Lent.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında baxılacaq işdə ilk proses 22 dekabr saat 10-da keçiriləcək.
N.Ağabəyov Meydan TV-nin direktoru, hazırda Almaniyada yaşayan Emin Millinin qaynıdır. O, bu ilin iyul ayında həbs edilib. Nazim Ağabəyov narkotik maddələrin satışında şübhəli bilinərək saxlanılıb.
Emin Milli açıqlayıb ki, qaynını onun Meydan TV-dəki fəaliyyətinə görə şərləyərək həbs ediblər.