Emil Məmmədovun istintaqı başa çatıb

“Cinayət işinin sifarişçisi Salyan Rayon İcra Hakimiyyətinin başçısıdır”.

Source:

“Cinayət işinin sifarişçisi Salyan Rayon İcra Hakimiyyətinin başçısıdır”.

Salyan rayon polis şöbəsində “Demokratiyaya yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun işi üzrə ilkin istindaq başa çatıb.

Vəkil Elçin Sadıqov “Turan İA”-a bildirib ki, mayın ortalarında E.Məmmədov həbs olunduqdan sonra onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.

Vəkil əmindir ki, cinayət işi Salyan rayon rəhbərliyinin sifarişi ilə saxtalaşdıırlıb. O, öz sözlərinə sübut kimi deyib ki, iş üzrə 12 zərərçəkənin hamısı eyni gündə, aprelin 8-də polisə şikayət ediblər ki, bu da cinayət təhqiqatı  üçün əsas olub.

Onlar əvvəlcə “Demokratiyaya yardım” təşkilatının üzvü Tofiq Qasımovdan şikayətləniblər. Sonradan altı zərərçəkən şikayətindən imtina edərək bildirib ki, şikayəti “hirsli” olarkən ediblər. Digər 6 zərərçəkən istintaqın sonunda E.Məmmədova qarşı ifadə verib. Onların sözlərinə görə, guya T.Qasımov E.Məmmədovun adından onlardan pul alıb, internetdə onları aşağılayacaq materiallar yayacağı ilə hədələyib.

T.Qasımov təzyiq altında E.Məmmədovun əleyhinə ifadə verib. Sonra təzyiq altında müstəqil vəkil Əlaif Həsənovdan imtina edib. Hazırda T.Qasımovu dövlət vəkili müdafiə edir.

E.Sadıqov əmindir ki, məhkəmə prosesi zamanı istintaqın versiyası boşa çıxacaq.  Onun  fikrincə, cinayət işinin sifarişçisi Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdur və E.Məmmədovu rayonda korrupsiya faktlarını ifşa etdiyinə görə cəzalandırmaq istəyirlər.

Vəkil diqqəti ona yönəldib ki, iş üzrə şikayətçilərin hamısı rayon idarələrinin rəhbərləridir – maliyyə idarəsi, telekommunikasiya müəssisəsi, su-kanal müəssisəsi və s. Yəni bütün şəxslər rayon rəhərliyinin tabeliyindədir.

Məhkəmə prosesi Lənkəran Ağır Cinayətlər Məhkəməsində olacaq.


* Demokratiyaya yard


ı


m





qeyr-h


ö


kum


ə


t t


əş


kilat


ı


c


ə


nub regionunda


ə


n f


ə


al v


ə


t


ə


nda


ş


c


ə


miyy


ə


ti institutlar


ı


ndan biridir. Onun r


ə


hb


ə


ri E.M


ə


mmdov d


ə


f


ə


l


ə


rl


ə


rayon hakimiyy


ə


ti strukturlar


ı


nda korrupsiya faktlar


ı


n


ı


a


çı


qlay


ı


b, yerli sakinl


ə


rin h


ü


quqlarn


ı


m


ü


dafi


ə


edib. B


ü


t


ü


n bunlar yerli hakmiyy


ə


ti q


ı


c


ı


qland


ı


r


ı


b v


ə


f


ə


ala qar


şı


t


ə


qib kampaniyas


ı


ba


ş


lay


ı


b.

Ana səhifəXəbərlərEmil Məmmədovun istintaqı başa çatıb