Emil Məmmədov azad olundu

Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 2 il azadlıqdan məhrum edib

Source:


Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 2 il azadlıqdan məhrum edib

Sentyabrın 26-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” qeyri-hökumət təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə hökm oxunub.

Məhkəmə onu və bu QHT-nin digər üzvü Tofiq Qasımovu şərti olaraq 2 il azadlıqdan məhrum edib. Onlar məhkəmə zalından buraxılıblar.

Məlumatı “Turan İA”-a E.Məmmədovun vəkili Fariz Namazlı verib.

Bundan əvvəl prokuror onların 2 il azadlıqdan məhrum edilməsini istəmişdi.

E.Məmmədov mayın 13-də polis tərəfindən saxlanılıb və pul almaqda (182.2.2-ci maddə) ittiham olunur. Bundan əvvəl isə T.Qasımov həbs edilib. Həmin maddə üzrə onların hər ikisini 10 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyirdi.

Guya E.Məmmədovla T.Qasımovun rayon məmurlarını gözdən salan materialları dərc etməmək üçün onlardan pul istəmələri barədə məmurların ifadələri bu şəxslərin həbsinə səbəb olub.

Əvvəlcə T.Qasımov E.Məmmədovun əleyhinə ifadə verib, sonra bundan imtina edib.

E.Məmmədov özü hesab edir ki, o, Salyanda korrupsiya faktları barədə məlumatları açıqladığına görə yerli hakimiyyətin təqiblərinə məruz qalır.

Ana səhifəXəbərlərEmil Məmmədov azad olundu