E.Məmmədyarov: Azərbaycan Aİ ilə ikitərəfli əməkdaşlığın tərəfdarıdır

“Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır”

Source:


“Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır”

Həll olunmamış münaqişələr Şərq Tərəfdaşlığında sülhə və əməkdaşlığa davamlı problemlər yaradır, bu barədə Riqada keçirilən sammitdə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalının davam etməsi regiondakı qeyri-stabilliyin əsas amilidir. Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır.

Regionda sülhün, stabilliyin, eləcə də, mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdırlar. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir.

Məmmədyarov həmçinin Azərbaycan-Aİ münasibətlərinə toxunub. “Əməkdaşlığımızın yeni metodları ikitərəfli Strateji tərəfdaşlıq Sazişi layihəsində öz əksini tapır”, deyə Məmmədyarov bildirib.  Saziş layihəsi artıq rəsmi olaraq, Avropa İttifaqının komissarı Yohannes Han və yüksək nümayəndəsi Federika Moqeriniyə təqdim edilib.

“Sammitin yekun bəyannaməsinə gəlincə, qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli formatda qurmaqdadadır”, deyə Məmmədyarov nitqini tamamlayıb.

Ana səhifəXəbərlərE.Məmmədyarov: Azərbaycan Aİ ilə ikitərəfli əməkdaşlığın tərəfdarıdır