Əmanətçilər 722 milyon manat kompensasiya alıb

Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın müştərilərinə kompensasiya ödəyib

Source:

Foto: Sosial şəbəkə
Foto: Sosial şəbəkə


Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın müştərilərinə ödəniş edib

722 milyon manat – bu vəsait lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənib. Xəbəri Əmanətlərin Sığortalanması Fondu yayıb.

Məlumatda deyilir ki, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 981 min, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 501 min, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 86 min manat kompensasiya ödənib.

Fond “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq  kompensasiya ödənişi edib.

Bundan başqa “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 364 min, “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 434 mln. 92 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Toplamda Fond 722,163 mln. manatdan artıq kompensasiya ödəyib.

Ana səhifəXəbərlərƏmanətçilər 722 milyon manat kompensasiya alıb