Elşad Abdullayevdən yeni gizli video

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması cinayətilə bağlı yeni gizli videokadrları yayıb. Təxminən 1 saatlıq videogörüntülərdə E.Abdullayevin “Bəylər Əyyubovun vasitəçisi” adlandırdığı “Əli Zəngilanski” ilə Mahir Abdullayevin külli miqdarda pul qarşılığında girovluqdan azad olunması barədə danışıqlar gedir. Ə.Zəngilanski deyir ki, bu işin arxasında Bəylər Əyyubov var, məqsəd prezident seçkiləri (2003) kampaniyasına pul köçürmədiyi üçün Elşad Abdullayevi cəzalandırmaqdır.

Sabiq ABU rektorunun yaydığı yeni müraciəti

buradan oxuyun

.

Ana səhifəVideoElşad Abdullayevdən yeni gizli video