Əlövsət Əliyevdən Mehriban Zeynalovanın ittihamlarına reaksiya

“Bu işin nəticəsində mən bir şeyi anladım: Fe Diaz Lliantonu istismar edən cinayətkar Aynur Mehdiyeva və himayədarları çox güclü imiş”

Source:


“Bu işin nəticəsində mən bir şeyi anladım: Fe Diaz Lliantonu istismar edən cinayətkar Aynur Mehdiyeva və himayədarları çox güclü imiş”

Fevralın 6-da Beynəlxalq mətbuat mərkəzində “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuat konfransı keçirmişdi. Konfransın keçirilməsinə səbəb Aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” yazı idi.

Birliyin sədri konfrans zamanı Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyevin də adını çəkmişdi. Deyilənlərlə əlaqədar Ə.Əliyev özünün Facebook səhifəsində münasibət bildirib. Onun yazdıqlarını qısa ixtisarla Meydan TV-in oxucularına təqdim edirik.

“Təmi Dünya”Qadınlara yardım İB nin sədri Mehriban Zeynalova bir neçə gün öncə keçirdiyi mətbuat konfransinda bir necə dəfə mənim və vaxtilə rəhbərlik etdiyim təşkilatin adını çəkib. Hətta elə şərait yaradıb ki,, bir jurnalist Əlövsət Əliyevi də məhkəməyə verəcəksinizmi sualını verməyə məcbur olub.. Əvvəl eşitdiklərimə inanmadım, sonra ümumi dostlardan dəqiqləşdirdim. Çox hörmət etdiyim ümumi dostlardan biri isə baş verənləri açıqlamağımı məsləhət gördü. Üzümü Mehriban xanıma tutub demək istərdim ki, mənim haqqında nə söyləməyinə əhəmiyyət verməyə bilərdim, əgər bu sənin təhlükəsizliyin və ya azadlığına təminat üçün lazım olsaydı. Amma şükür ki, sənin üçün belə bir təhlükə mövcud deyil. Bu qeydlərin məqsədi sənin fəaliyyətini təftiş etmək üçün deyil, bizim dostluğumuzdan daha yüksəkdə dayanan ƏDALƏTin maraqlı tərəflərə çatdırmaq və barəmdə səslənən fikirlərə aydınlıq üçündür. Əvvəla mən Fenin Etibarnamə üzrə nümayəndəsi olmuşam. Buna baxmayaraq sən öz işçini İdarə rəhbərliyinin təkidi ilə əlavə nümayəndə kimi göndərdin, Fenin nümayəndəsi kimi iştirak etməsinə nail oldun və buna mən qəti etirazımı bildirdiyim üçün biz mübahisə də etdik. Mən sənin bu israrının səbəbini indi çox gözəl anlayıram.

İkincisi, uzun illər bərabər işləmişik və o yazının mənim dəst xəttimə uyğun olmadığını dərhal bilməliydin. Eyni zamanda, mən sözümü öz adımla deməyi bacarıram və sən bunu da bilməmiş deyilsən. O yazıya hətta məsləhətçi olmuş olsaydım ilk növbədə yazıda mənə qaranlıq olan məqamlara aydınlıq gətirilməsinə çalışardım. Məsələn, Filippinli xanımın ölkədən könüllü çıxmaqla bağlı yazdığı ərizənin kimin adına, hansı dildə, hansı tarixdə və niyə vəkili olmadan yazılmasını soruşardım. Və ya həmin ərizənin hansı təşkilatda və hansı tarixdə qeydiyyata alındığını, Apelliyasiya Məhkəməsinin hökmündən Ali Məhkəməyə Kasasiya Şikayəti verən, Maddi və mənəvi ziyanla bağlı şikayət hazırlamaq üçün mənim xahişimlə vəkillə müqavilə bağlayan və səbirsizliklə məhkəmənin tarixini ğözləyən, vətənində onu gözləyən problemlərdən qacmaq üçün Azərbaycandan çıxarılmasın deyə 6 dekabrda BMT QAK-ın müvəqqəti himayə sənədi ilə təmin olunan (nədənsə bu təşkilat hələ də səsini çıxarmır) şəxsin hansı məntiqlə elə həmin gün ölkədən çıxmaq üçün Sizə ərizə verməsinin mümkünsüzlüyündən danışardım. Həmçinin insan alverçisi tərəfindən Feyə 5 000 AZN-nin hansı vəziyyətdə və kimin vasitəsilə təklif olunmasını da soruşardım!!!!!!!!!!!! Eyni zamanda bu təklifin niyə sizdən gəldiyini və ya insan alverçisi ilə Sizi hansı maraqların birləşdirdiyini, onun çıxarılması üçün konkter olaraq məhz Sizin – Mehriban Zeynalovanın rəhbəri olduğu təşkilatın nə üçün ödəniş etdiyini, həmin ödənişin mənbəsini – yəni haradan əldə etdiyinizi, eyni zamanda Fenin mənə göndərdiyi çox saylı SMS-lərin məzmununu, detallı yazardım.

Üçüncüsü, Qanunvericiliyi təhlil edər, insan Alveri qurbanının ölkədən vəzifəli şəxslər tərəfindən vəzifələrindən sui-istifadə etməklə qanunsuz olaraq deportasiya olunmasını, onun sığınacaqda olduğu müddətdə qanunsuz əmək fəaliyyətinə cəlb olunmasının həqiqətən cinayət olmasını lazımı qaydada əsaslandırar və kiminsə bu cinaətlər üçün nəzərdə tutulan cəzadan yayınmasına imkan verməzdim.

Dördüncüsü, 06.01.2015-ci il tarixdə, Fe Diaz Llianto Dövlət Miqrasiya Xidmətində saxlandığı anda mənə SMS göndərdiyini və qanunsuz olaraq saxlanıldığı haqqında məlumatı xatırladardım. Axı mən yanvarın 6-da o saxlanılan kimi Facebook vasitəsilə dərhal Sizə və bəzi dostlara müraciət etdim və həmin müraciyət mənim səhifəmdə indi də saxlanılır. Lakin hələ də Sizdən mən cavab gözləməkdə davam edirəm, o zaman Sizin kömək edəcəyinizi güman edirdim.

Beşincisi, Yazırsan ki mən təpgi göstərib yazını pozdura bilərdim. Necə, kimə və nə üçün? Haradasa mənim qohumumun işləməsi orya mənim təsir imkanlarımın olması deməkdirmi? KIV-lərin və QHT-lərin müstəqilliyinin iddiasinda olan daha çox sənsən, mən yox. Bir də o sayt səndən və sənin təşkilatından illərdir yazır. Yaddaşım məni aldatmirsa, sən 5 il əvvəl kecirtdiyimiz yazı müsahibəsini qiymətləndirən komissiya üzvü kimi ən yüksək qiyməti, “İnsan Alveri Alverciləri” yazısının müəllifi və “Azadlıq” qəzetinin yazarı kimi Ramin Dekoya, ikinci yeri isə Elcin Zahirogluna vermishdin (qiymətləndirmə sənədləri Azərbaycan Miqrasiya Mərkəzinin arxivində indi də saxlanılır).

Ən nəhayət bu işlə hec bir bağlılıgı olmayan Gültəkin Hacıbəylinin də, Aynur İmranovanın da adlarını çəkməklə hadisəni siyasiləşdirmək və hakimiyyətdə təmsil olunan iki üç adamın yanında baş Sığallatdırmağın ədalətlilik deyil. Bu xanımların siyasi kimliyini üstündə oyun quraraq Fenin ölkədən qanunsuz çıxarılması məsələsində “bəraət” qazanmaq istədiyin o qədər aydındır ki, məncə özünü belə vəziyyətə qoymamalıydın…… Mənim Fe Diaz ilə bu əlaqələrim həmişə var və onun dediklərinə inanıram. Onun dedikləri isə sənə bəraət qazandaracaq arqumentlərdən ibarət deyil.

Bu işin nəticəsində mən bir şeyi anladım: Fe Diaz Lliantonu istismar edən cinayətkar Aynur Mehdiyeva və himayədarları çox güclü imiş. O, insan alveri cinayəti törətdiyinə görə qardaşını prokurorluq orqanlarına bərpa etdirdi, həbsiz cəza aldı, sonda isə onun əleyhinə məhkəmədə iddia qaldıran insan alveri qurbanı olan Fe Diaz Lliantonu deport etdirdi. Çox təəssüf………

Ana səhifəXəbərlərƏlövsət Əliyevdən Mehriban Zeynalovanın ittihamlarına reaksiya