Ona məxsus fotokamera və noutbuk götürülüb
Mayın 25-də səhər saatlarında saxlanılan fotoreportyor Elnur Muxtara 10 sutka inzibati cəza verilib.
Polislər bu gün səhər fotoreportyorun yaşadığı mənzilə gələrək, onu özləri ilə aparıblar. Bu zaman evə baxış keçirilib, Elnur Muxtara məxsus fotokamera və noutbuk götürülüb.
Onun 7-ci polis bölməsinə aparıldığı bildirilirdi.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Meydan TV-yə verilən məlumata görə, Elnur Muxtar Amid Süleymanovla birgə Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Deyilənlərə görə, onlar Heydər Əliyevin heykəlinin üzəri yazılan gün həmin ərazidən keçiblər və dayanıb heykəlin üzərində yazılmış “Qul bayramınız mübarək” sözlərini oxuyublar. Həmin an ərazidəki kameralarda görüntülənib. Bu səbəbdən də onlar saxlanılıb.
Məlum hadisə ilə bağlı Qiyas İbrahimov və Bayram Məmmədov həbs ediliblər.