Deputat oğlunun məktubu onun vəzifədən uzaqlaşdırılmasına səbəb oldu
Martın 17-də prezident İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə prezidentin rəsmi internet səhifəsi məlumat yayıb – http://www.president.az/articles/11189
E.Aslanovun işdən azad olunmasının səbəbləri barədə heç bir məlumat verilməyib. O, millət vəkili, İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın oğludur.
Xanım deputat “Mediaforum” saytına deyib ki, o, bu barədə indi eşitdiyindən heç nə deyə bilməz.
Qeyd edək ki, bir neçə gün öncə Elnur Aslanovun nurçuların Amerikada yaşayan lideri Fətullah Gülənə yazdığı iddia olunan məktubu mətbuatda çap olunub. O məktubunda Azərbaycanda gördüyü işlərdən və siyasi partiya liderləri haqqında məlumat vermişdi.