Elmar Məmmədyarovla Sergey Lavrov Qarabağ məsələsini müzakirə ediblər

Sergey Lavrov: “Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır. Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”

Source:


Sergey Lavrov: “Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır.  Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”

Moskva danışıqlarında Dağlıq Qarabağ məsələsi fəal müzakirə olunub, məsələ yetişib və onu həll etmək lazımdır. TASS bildirir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov RF xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekunları ilə bağlı deyib.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbinlik notlarını mən də bölüşürəm. Mövzu var, problem var, onu həll etmək lazımdır. O artıq yetişib”, – TASS E.Məmmədyaroun sözlərindən sitat gətirib.

Öz növbəsində S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır.

“Biz münaqişə tərəfləri arasında razılaşmaya nail olunmasına yardm göstərilməsinə öz xarici siyasi prioritetlərimizin biri kimi baxırıq”, – S.Lavrov qeyd edib. Qarşılıqlı məqbul razılaşmanın axtarılmasına yardım göstərilməsini davam etdirəcəyik”, – o vurğulayıb.

“Münaqişənin çox uzanmasını heç kim inkar etmir”, – o bildirib. “Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır.  Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”, – o vurğulayıb.

Ana səhifəXəbərlərElmar Məmmədyarovla Sergey Lavrov Qarabağ məsələsini müzakirə ediblər