Elmar Məmmədyarov: Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir

”Əgər o, mühəndis olsaydı, onunla maraqlanardılar?”

Source:
Elmar Məmmədyarov

”Əgər o, mühəndis olsaydı, onunla maraqlanardılar?”

Xarici işlər naziri Elmar Məmmədyarov erməni və rusiyalı həmkarları ilə görüşə hazır olduğunu deyib. Nazir onu da bildirib ki, hələlik görüşün tarixi ilə bağlı təklif yoxdur.

Bu barədə “RİA Novosti”yə danışan E.Məmmədyarovun sözlərinə görə, ideyanı Sergey Lavrov səsləndirib:

“Bu ideya mən Moskvada olarkən səsləndi. Sergey Lavrov belə bir təklif irəli sürdü və mən hazır olduğumu bildirdim. Lakin bu görüş iş qrafikinin razılaşdırılmasını tələb edir”.

Azərbaycan baş diplomatının fikrincə, ola bilsin ki, mövcud status-kvo  Ermənistandan başqa heç kəsi qane etmir:

“Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə yaxın olmuşuq. Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Hərbçilər kazarmalara qayıtmalıdır. Bu isə özlüyündə böyük imkanlar açacaq. Bu, planın bir hissəsidir”.

Nazir son iki gün siyasi-ictimai məkanı zəbt edən bloqqer Aleksandr Lapşinlə bağlı məsələyə də münasibətini ifadə edib.

O, “Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”,-deyə bildirib.

Nazir hiddətini və təəccübünü isbat etmək üçün əlavə edib ki, Lapşin qanunları pozub və müvafiq olaraq hüquqi əsasla cinayət işi başladılıb:

“Onu hər dəfə bloqqer adlandırırlar. Əgər o, mühəndis olsaydı, onunla maraqlanardılar? Hər şey qanun çərçivəsində edilib. Bloqqer olması ilə bağlı spekulyasiyalar əsas vermir ki, o, qanun qarşısında toxunulmaz olsun”.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir