Elmar Məmmədyarov: Hazırda trialoq formatındayıq

Sergey Lavrov: “Yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq

Source:
Lavrov və Məmmədyarov arxiv foto
Lavrov və Məmmədyarov arxiv foto

Sergey Lavrov: “Yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq

“Azərbaycan prezidenti ilə ətraflı və səmimi müzakirələr aparmışıq. Müzakirələr faydalı keçib. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Hazırkı müzakirələr prezidentlərin görüşü zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addımdır”.

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

S. Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü də bildirib: “Müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkisafına təkan verilməsinin zəruriliyi vurğulandı. Hər iki ölkənin XİN-i də bu səylərə dəstək verəcək. Həmçinin “Cənub-Şimal dəhlizi barədə müzakirələr apardıq. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq”.

S.Lavrov deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı sabah Astanada xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Rusiya XİN rəhbəri Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tezliklə imzalanacağına ümid etdiyini vurğulayıb.

S. Lavrov səfərinin ümumilikdə məhsuldar olduğunu da qeyd edib.

“İntensiv müzakirələr gedir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da S.Lavrov ilə prezidenin görüşündən danışıb:

“Dünən Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib, intensiv müzakirələr aparılıb. Müzakirələr konkret mövzular ətrafında gedib. Müəyyən irəliləyişlərin olması istiqamətində müzakirələr olub”.

Nazir bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: “Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək. Görüşdə ikitərəfli münasibətləri də müzakirə etmişik. Bu, strateji əhəmiyyət kəsb edən münasibətlərdir. Hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bununla yanaşı, bir müddət əvvəl İran, Azərbaycan və Rusiya XİN başçıları toplaşaraq üç ölkə prezidentinin görüşü barədə müzakirə aparıblar. Hər üç ölkə “Cənub-Şimal” dəhlizinin inkişafı ilə bağlı müştərək fikrə malikdirlər. Bu, geniş potensiala malik dəhlizdir”.

Elmar Məmmədov deyib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdikləri mövzulardan biri olub: “Azərbaycan bunu alqışlayır”.

O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

Ana səhifəXəbərlərElmar Məmmədyarov: Hazırda trialoq formatındayıq