”Biz nəticə deyil, səbəbin köklərinə baxmalıyıq”
“Bizim bir çox vətəndaşımız Suriyada İŞİD sıralarına qoşulur. Onlardan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu düşünürlər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən “Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirəsində deyib.
Nazir bildirib ki, əslində, ədalətsizlik zəruri elementdir.
“Biz nəticə deyil, səbəbin köklərinə baxmalıyıq. Belə olmadıqda uğursuzluğa düçar olacağıq”, – deyə nazir qeyd edib.