48 yaşlı Məmmədov 2009-2014-cü illərdə “KapitalBank”a, 2014-cü ilin dekabrından isə “Azər-Türk Bank”a sədrlik edib
Azərbaycan Beynəlxalq Bankı ASC-nin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.
O, bank səhmdarlarının iyulun 22-də keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə 4 il müddətinə seçilib, xəbəri ABB yayıb.
Yığıncaqda həmçinin 3 məsələ müzakirə olunub: Bankın müşahidə şurasının və idarə heyətinin tərkibləri, ABB səhmlərinin formasının dəyişdirilməsi.
İclasın gündəliyini Azərbaycan prezidentinin 15 iyul tarixli ABB-nin yaxşılaşdırılması və ondakı dövlət payının özəlləşdirilməsinə hazırlıq tədbirləri haqqında fərmanı müəyyən edib.
Yığıncağın qərarı ilə müşahidə şurası üzvlərinin sayı 7 nəfərdən 5 nəfərə endirilib.
Yeni sədrin müavinləri Ülvi Mənsurov və Murad Şirəliyev olub.
Qiymətli kağızlar bazarı haqqında qanunun tələblərinə uyğun olaraq ABB səhmlərinin sənədsiz formaya keçirilməsi haqqında qərar qəbul edilib.
Məmmədov sədr vəzifəsində səhhəti ilə əlaqədar formal olaraq istefa vermiş Cahangir Hacıyevi əvəz edib. Lakin əsas problem, qeyri-rəsmi məlumatlara görə, çox milyardlıq qaytarılmamış kreditlərlə bağlıdır.
48 yaşlı Məmmədov 2009-2014-cü illərdə “KapitalBank”a, 2014-cü ilin dekabrından isə “Azər-Türk Bank”a sədrlik edib.