Elman Rüstəmovun nağılları (Təhlil)

Neft əgər 5-6 ay 40 dollar civarında qalsa, ölkənin tədiyyə balansı, makro-iqtisadi göstəriciləri, həm də manatın məzənnəsi alt-üst olar

Source:


Neft əgər 5-6 ay 40 dollar civarında qalsa, ölkənin tədiyyə balansı, makro-iqtisadi göstəriciləri, həm də manatın məzənnəsi alt-üst olar

Dünən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov növbəti dəfə maraqlı açıqlamalar ilə çıxış edib. Ölkənin baş bankirinin sözlərinə görə, fevral ayında baş verən kəskin devalvasiya Azərbaycan iqtisadiyyatına, ixrac potensialına ciddi dəstək olub. Sitat: “Kursun dəyişməsi nəticəsində idxalın strukturunda və həcmində çox ciddi dəyişikliklər gözləyirik və hiss edirik. Biz qeyri-neft ixracının artdığını, daxili bazarda daxili məhsulların rəqabət qabiliyyətini görürük. Belə olan halda ilin sonuna xarici ticarətin balansının daha da balanslaşmasını gözləyirik”.

Gəlin birlikdə rəsmi rəqəmlərə müraciət edək, 2014-cü ilin rəsmi ixrac rəqəmləri:

Göründüyü kimi, 2014-cü ilin ilk 6 ayında ölkədən ixrac olunan mal çeşidi sayı 1.631 ədəd olub, əməliyyatların ümumi həcmi isə 11,246 mlrd. dollar təşkil edib. Həmin dövrdə neft, neft məhsulları və qazın ixracatda payı 10,400 mlrd., qeyri-neft sektorunda ixrac 846 mln. dollar olub.

2015-ci ilin ilk 6 ayının rəsmi göstəriciləri:

Göründüyü kimi, ixracda ümumi azalma 5,015 mlrd. dollar, yəni 45%-ə yaxın olub. Təbii ki, burada neftin qiymətinin enməsi əsas rol oynayıb.

İndi isə gəlin 2014-cü ilin ilk 6 ayı ilə, 2015-ci ilin ilk 6 ayı arasında ixrac məhsullarının tərkibinin və həcminin necə dəyişdiyinə nəzər yetirək:

Rəsmi rəqəmlərdən də göründüyü kimi, çay, bitki və heyvan mənşəli yağlar, şəkər, spirtli və spirtsiz içkilər, dəri məmulatları – bütün bu sahələrdə bu il ciddi azalmalar olub. Rusiyada Avropaya tədbiq edilən ticarət qadağasının geniş bazar imkanları açdığına baxmayaraq, bu il ilk 6 ayda meyvə-tərəfəz ixracatı 1,8% artıb, ölkə olaraq 6 ayda cəmi 125 milyon dollarlıq ixrac etmişik, yəni aya 21 milyon dollardan da az ixracatımız olub. Yeri gəlmişkən, Antaliyanın fermer təsərrüfatlarının hər birinin ortalama illik meyvə-tərəvəz ixaracatı 50-60 mln. dollar olur. Başqa sözlə, Antaliyanın 4-5 fermer təsərrüfatı bizim ölkənin tamamı qədər meyvə-tərəvəz ixrac edə bilir.

Qeyri-neft sektoru adı altında ixracat artımı kimya və plastmass sənayesi məhsullarında olub ki, bunlar da dolayısı ilə neft sektorunun bir qoludur. Bu iki sahəni, həmçinin qara metal və alüminium sahələrini də çıxsaq (bunlar da xammal sahələridir), real sektoron ixracatı ilk 6 ayda cəmi 809 milyon dollar olub – aya 135 mln. dollara yaxın. Müqaisə üçün deyim ki, Türkiyənin tək “İstikbal Mobilya” şirkəti 2014-cü ildə 630 mln. dollarlıq ixracat həyata keçirib.

Sonda Elman müəllimin manatın məzənnəsi haqqında dediklərinə münasibət bildirmək istərdim. Hörmətli Elman müəllim deyib ki, neftin qiyməti 40 dollar olsa belə, manata, iqtisadiyyatımıza heç bir ciddi təsiri olmayacaq. Nağıldır, özü də çox böyük nağıldır, Azərbaycan iqtisadiyyatı neftin indiki qiymətlərinə belə dözə bilmir, hər tərəfdə ciddi sistem problemləri var, neft əgər 5-6 ay 40 dollar civarında qalsa, ölkənin tədiyyə balansı, makro-iqtisadi göstəriciləri, həm də manatın məzənnəsi alt-üst olar. Ümumiyyətlə, təcrübə göstərir ki, ölkədə çox zaman proseslər baş bankirin dediklərinin əksinə cərəyan edir. Yaşyarıq-görərik, amma hər halda, həmişə bütün nağılları sonu olur…

Ana səhifəXəbərlərElman Rüstəmovun nağılları (Təhlil)