Elman Rüstəmov: ”Növbəti devalvasiya olmayacaq”

O, bank sektorunda konsolidasiya prosesinin artıq yekunlaşdığını deyib

Source:
Elman Rüstəmov
Elman Rüstəmov


O, bank sektorunda konsolidasiya prosesinin artıq yekunlaşdığını deyib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

E. Rüstəmov deyib ki, bu barədə yayılan şayiələrin əsası yoxdur: “Görürsünüz ki, son zamanlar Azərbaycan manatı xarici valyutalar qarşısında möhkəmlənir. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dövlət büdcəsinə yenidən baxıldı. Həmçinin, müşahidə edirik ki, son zamanlar neftin qiyməti yüksək olmasa da, stabil qalıb. Ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyət də inkişafa doğru gedir. “Üzən məzənnə”yə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya bağlı deyilənlərin heç bir əsası yoxdur”.

Baş bankir bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq: “Düşünürəm ki, ayrılacaq pulun faizi uçot dərəcəsindən çox olmayacaq”.

O, bank sektorunda konsolidasiya prosesinin artıq yekunlaşdığını deyib.

 “Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız “AGBank” kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq”, – deyə baş bankir bildirib.



APA, report.az

Ana səhifəXəbərlərElman Rüstəmov: ”Növbəti devalvasiya olmayacaq”