Elman Rüstəmov: ”Kreditlərə güzəşt edilməsi maliyyə intizamını poza bilər”

Əkrəm Həsənov: ”Azərbaycanda borcu olan əhali heç kimə inanmamalı, yalnız qanunvericilik çərçivəsində banklara qarşı mübarizə aparmalıdır”

Source:


Əkrəm Həsənov: ”Azərbaycanda borcu olan əhali heç kimə inanmamalı, yalnız qanunvericilik çərçivəsində banklara qarşı mübarizə aparmalıdır”

Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, E.Rüstəmov deyib: “Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”. “Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”, – deyə E. Rüstəmov bildirib.

Elman Rüstəmovun söylədiklərini Meydan TV-yə şərh edən hüquqşünas Əkrəm Həsənov deyib ki, baş bankirin açıqlamasının mahiyyətində onun maliyyə naziri Samir Şərifovla fikir ayrılığında olduğunu görmək lazımdır: “Baş bankir bankların, maliyyə naziri isə hökumətin mövqeyindən çıxış edirdi. Ancaq sonda birinci məğlub olduğundan bu bəyanatı səsləndirib. Cənab Şərifov bazar günü ANS-ə müsahibəsində bildirmişdi ki, banklar ötən illərdə əldə etdiyi gəlirlərlə zərərlərini bağlasınlar. Əslində, Rüstəmovun yanaşması əhaliyə yox, banklara kömək idi. Xatırlayırsınızsa, devalvasiyadan dərhal sonra Banklar Assosiasiyası gündəmə belə fikir gətirdi ki, hökumət 5-10 min borcu olan əhaliyə yardım etməlidir. Ancaq bunun adı əhalidir, çünki 5-10 min olan kreditlərin girov təminatı və böyük əksəriyyətinin də ödəniş qabiliyyəti yoxdur. Səbəb də gəlirlərin azalmasıdır və o kreditlər artıq batıb. Belə olduğundan banklar o pulu dövlətdən özləri üçün istəyirdi, yəni əhalinin yerinə dövlət ödəsin. Təbii ki, Elman Rüstəmov da bankları təmsil edən şəxs olaraq bunun tərəfindəydi. Pul dövlət büdcəsindən çıxacaqdı deyə Samir Şərifov təklifin əleyhinə idi. Ona görə Rüstəmov fikrini nəyləsə əsaslandırmalıydı və maliyyə intizamının pozuntusundan danışır”.

Əkrəm Həsənov dövlətlərin bu cür addım atmasının dünyada tətbiq edildiyini deyir: “Məsələn, ötən il Səudiyyə Ərəbistanının yeni kralının Salman kral olması münasibətilə əhalinin 30 milyarda yaxın borcu bağışlandı. İndiki situasiyada Azərbaycanda borcu olan əhali heç kimə inanmamalı, yalnız qanunvericilik çərçivəsində banklara qarşı mübarizə aparmalıdır”.

Ana səhifəXəbərlərElman Rüstəmov: ”Kreditlərə güzəşt edilməsi maliyyə intizamını poza bilər”