Elman Rüstəmov: Bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik

“Valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur”

Source:


“Valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur”

“Azərbaycanın dövlət büdcəsinin kəsirində gələn il də artım olacaq, ümumiyyətlə büdcənin kəsiri hər il artır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov belə deyib.

O bildirib ki, 2020-ci il pandemiya ilə mübarizə çərçivəsində keçib və bunun Azərbaycan iqtisadiyyatına da təsiri olub:

“Ancaq görülən tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin edilib. Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb, Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 3 fazi artıb. Valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb. Pulun çoxalması kreditlərin çoxalmasına səbəb olur. Cari ildən artıq biznes kreditlərində artım var. İqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, maliyyə sahəsində aktivlik müşahidə edilir”.

E.Rüstəmov qeyd edib ki, borclanma məsələsində ehtiyatlı davranılmalıdır:

“Azərbaycanın daxili borc imkanları var və bu da daxili maliyyə bazarlarına dəstək verməsi fonunda önəmldiir. Biz borclanma məsələsinə onun təhlükəsizlik “qırmızı xətti” müəyyən olunmaqla yenidən baxmalıyıq. Dünyada yaşanan iqtisadi böhranların böyük əksəriyyəti ehtiyatsız borclanma problemindən doğub”.

Ana səhifəXəbərlərElman Rüstəmov: Bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik