Hərbi Prokurorluq: “Cinayət işi hələ təqdim olunmayıb”
Fevralın 24-də Bakıda, 3-cü mikrorayon dairəsində yolu keçən Əziz Fəttahovu vuran maşının sürücüsünün kimliyi məlum olub.
“Arqument.az”-ın
məlumatına
görə, qəzanı törədən “Ford” markalı avtomobilin sürücüsü hərbçi, polkovnik-leytenant Nəbi Tofiq oğlu Babayevdir.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işinin açıldığı bildirilir.
Hadisə nəticəsində həlak olan Ə.Fəttahov Müsavat Partiyasının Divan üzvü Elman Fəttahın qardaşıdır.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev bildirib ki, cinayət işi hələ quruma təqdim olunmayıb.