Prezident İlham Əliyevin yüksək inkişaf göstəricilərinə dair nümunə gətirdiyi beynəlxalq hesabat neft-qaz qiymətlərinin aşağı düşməsindən əvvəlki dövrü əhatə edir. Prezidentin dediyininin əksi olaraq, Azərbaycan iqtisadiyyatı ötən ili yüksəlişlə deyil, MDB ölkələri arasında rekord dərəcədə enişlə başa vurub. İqtisadçılar Natiq Cəfərli və Vahid Məhərrəmovla Prezidentin çıxışını faktlarla yoxlayırıq.