Əliyev rejimi Qərbə tərəf qayıdır

“Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?”.Ilham Əliyev

Source:



Rəsmi Bakı Avropa Parlamenti ilə 2015-ci ildə hökumətin insan hüquqları sahəsində siyasətini pisləyən bir sıra qətnamələrin qəbul edilməsindən sonra, demək olar ki, dondurulmuş fəal əlaqələri bərpa etmək barədə qərar qəbul edib.


2013-cü il.

Avropa Parlamenti Azərbaycanın müxalifət xadimi, “Respublikaçı Alternativ” (REAL) vətəndaş hərəkatının lideri İlqar Məmmədovun həbsini pisləyən qətnamə qəbul edib. Həmçinin, Avropa parlamentariləri Azərbaycan hakimiyyətini mətbuat və media azadlığına hörmət etməyə və söz azadlığını təmin etməyə, ölkə qanunvericiliyinin diffamasiya ilə bağlı hissəsində islahat aparmağa, habelə toplaşmaq azadlığına tam riayət etməyə çağırmışdılar.


2014


-cü il.

 Avropa Parlamenti Azərbaycanda hüquq müdafiəçilərinin təqibini pisləyən qətnamə qəbul edib. “Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini ləngimədən insan hüquqları sahəsində vaxtı çoxdan çatmış islahatları həyata keçirməyə, vətəndaş cəmiyyəti təşkilatlarının, müxalifətçilərin və müstəqil jurnalistlərin sıxışdırılmasına son qoymağa və Bakıda ictimai yığıncaqlara qoyulmuş qadağanı ləğv etməyə çağırır”, deyə bəyanatda bildirilir.


2015-ci il

. Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib. Avropa parlamentariləri Azərbaycanı əsas azadlıqların pozulmasına və insan hüquqları və demokratiyaya hörmət olunmamasına görə pisləyiblər.


2015


-ci il


.

 Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin əməllərini kəskin şəkildə pisləyib. O bildirib ki, Avropa Parlamenti əsassız və yalan qətnamə qəbul edib: “Bu, böhtan üzərində qurulmuş siyasi təxribatdır. Biz bunun arxasında hansı qüvvələrin durduğunu bilirik”.

Münasibətlərin bərpa olunması cəhdi, yəni Bakının Avropa Parlamentinin və digər Avropa institutlarının iradlarını nəzərə almağa hazır olduğu Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvləri ilə sentyabrın 20-də keçirdiyi görüşdə prezident İlham Əliyevin nitqindən hiss edilirdi.

Əliyevin bütün nitqi hüquq müdafiəçilərinin həbsi, ölkədən çıxarılması və vətəndaş cəmiyyətinin digər problemləri ilə bağlı bəraətlər üzərində qurulmuşdu.

Görüş haqqında hesabat Prezident Administrasiyası tərəfindən ənənəvi “güclü mövqe” şəklində yayılmışdı və bu cür görüşlərin senzuraya məruz qalması təcrübəsini və bəraətlərin dərəcəsini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, Avropa parlamentariləri prezidentlə Azərbaycandakı siyasi vəziyyətlə bağlı daha ciddi məsələlər və Aİ-nin buna mənfi münasibəti haqqında danışıblar.

“Vəziyyət belədir. Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?”. İlham Əliyev

Bakının Azərbaycan tərəfin bir il əvvəl tamamilə çıxdığı konstruktiv dialoqu yenidən qurmaq istəyi olmadan görüş baş tutmazdı. Əliyev Avropa Parlamentinin ünvanına kəskin tənqidi 15 sentyabr 2015-ci ildə səsləndirib ki, bu da əlaqələrin dondurulmasının başlanğıcını qoyub.

Bakının dialoq qurmağa hazır olması heç də istəkdən irəli gəlmir, iqtisadi böhran və paralel olaraq bütün Qərb institutlarının Əliyev rejiminə təzyiqi ilə əlaqədar məcburi addımdır.

Dialoqun özünə də Azərbaycanın Avropa Parlamenti və əlbəttə ki, münasibətlərin təşəkkül tapmadığı Avropa İttifaqı ilə münasibətləri məsələsi kimi baxmaq olmaz. Görüşdə Əliyev ATƏT-in Bakıda öz ofisinin işini bərpa etmək istəyindən bəhs edib. İstək dedikdə, tələb başa düşülməlidir, çünki Azərbaycanda dərinləşən böhran və rejimin tamamilə təcrid olunması şəraitində bu ifadə heç vaxt olmadığı qədər yerinə düşür.

Uduzmağa öyrəşməyən Əliyev simasını qoruyub saxlamaq üçün iki mərhələdə – 2013-cü ildə tamhüquqlu diplomatik missiya kimi və 2015-ci ildə layihələrin əlaqələndiricisi kimi fəaliyyətini dayandırdıqdan sonra Azərbaycandan qovulan ATƏT-lə dialoqa başlamaq üçün hansısa bəhanə lazımdır.

Hazırki vəziyyətdə ATƏT-in qayıtması üçün bəhanə kimi Əliyev Fransa vətəndaşı, 20-ci əsrin əvvəllərində Azərbaycandan mühacirət edən ailənin övladı olan Aleksis Şahtaxtinskinin – ATƏT-in Azərbaycanda ilk və son əlaqələndiricisinin diplomatik xidmətə bərpa edilməsini göstərib. Məlum olduğu kimi, 4 iyun 2015-ci ildə hakimiyyət ATƏT-in Bakıdakı ofisinin bağlanması haqqında qərar qəbul edib. Buna səbəb kimi formal olaraq Əliyevlə dost münasibətləri olan Şahtaxtinskinin geri çağırılması göstərilib. Amma məsələ ondadır ki, Şahtaxtinski Azərbaycanı mayın 31-də fəaliyyət müddətinin bitməsi ilə əlaqədar tərk edib.

Bu gün Şahtaxtinskinin harada olduğu və nə işlə məşğul olduğu məlum deyil və onun Fransa diplomatik xidmətindən qovulması haqqında heç bir məlumat yoxdur, Bakı və Paris arasında babat münasibətlər şəraitində bu, tamamilə qeyri-realdır. Amma, çox güman ki, Şahtaxtinski ATƏT-də işə qayıtmaqdan imtina edəcək ki, bu da Bakını da, ATƏT-i də qane edəcək, habelə Əliyevin bu təşkilatın Bakıda mövcudluğunun bərpasına keçmək üçün satisfaksiya əldə etməsinə imkan verəcək.

Neft dollarlarından sərxoş olmuş rəsmi Bakının 2013-cü ildə prezident seçkilərindən sonra təkcə ATƏT-lə deyil, bütün Qərb institutları ilə sərt dillə danışmağa başlayan Əliyev hazırki böhran şəraitində çox şeyə yenidən baxmaq məcburiyyətində qalır. İndi elə həmin dil bumeranqla mövcud olduğu tarix boyunca ən pis dövrünü yaşayan Əliyev rejimini vurdu.

Ana səhifəAnalitikaƏliyev rejimi Qərbə tərəf qayıdır