”Əliyev hökuməti qalan bütün KİV azadlığı izlərini məhv edir”

”Avropa İnsan Hüquqları Konvensiyasının, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın sistemli şəkildə pozulmasına görə Rəsmi Bakı məsuliyyətə cəlb olunmalıdır”

Source:
İlham Əliyev
İlham Əliyev


”Avropa İnsan Hüquqları Konvensiyasının, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın sistemli şəkildə pozulmasına görə Rəsmi Bakı məsuliyyətə cəlb olunmalıdır”

“Sərhədsiz reportyorlar” Azərbaycanda son beş həftədə 5 aparıcı müstəqil xəbər veb-saytının bloklanmasını pisləyir. Bundan sonra hakimiyyət bunu məhkəmə qərarı ilə təsdiq etmək məqsədilə məhkəməyə müraciət edib.

Bu barədə beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, martın 27-dən “Azadlıq” qəzetinin, “Meydan TV”nin və “Turan TV”nin veb-saytları, Azərbaycan Saatı verilişi və “Azadlıq” radiosunun saytı bloklanıb:

“Bu yaxınlarda qanunvericiliyə edilmiş düzəlişlər hökumətə “dövlət və cəmiyyət üçün təhlükə təşkil edən” istənilən veb-saytı bloklamaq hüququ verib. Rabitə Nazirliyinin sifarişi ilə bu “qabaqlayıcı” bloklama məhkəmə tərəfindən təsdiq edilməlidir – bu, ədalətli mühakimə sisteminin icra hakimiyyətinin silahlı qanadı kimi fəaliyyət göstərən bir ölkədə formallıqdır. Səbail rayon məhkəməsi aprelin 27-də və mayın 1-də artıq iki dinləmə keçirib. Amma Rabitə Nazirliyi bu saytların qanunu məhz nə ilə pozduqlarını bildirməyib. Nazirliyin əməkdaşı müdafiə tərəfin təzyiqi altında bir neçə məqalə göstərib, amma onların hansı hissələrinin pozuntu olduğunu qeyd etməyib”.

“Şəbəkədə, İnternetdə və hətta link və şərh səviyyəsində hökumətin tənqidçilərinin təqibi güclənməkdə davam edir. Beynəlxalq ictimaiyyət, nəhayət ki, hökumətin cəzasızlığına son qoymalı və Avropa İnsan Hüquqları Konvensiyasının və Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın sistemli şəkildə pozulmasına görə onu məsuliyyətə cəlb etməlidir”, deyə sənəddə qeyd edilir.

İnternet “Azadlıq” qəzetinin oxucularına yeganə çıxış yolu idi, belə ki, o, 2016-cı ilin sentyabrında hakimiyyətin təzyiqi altında çap nəşrini dayandırmaq məcburiyyətində qalıb.

Qəzetin maliyyə direktoru Faiq Əmirov son səkkiz ay ərzində həbsxanadadır, səhhətindəki problemlərlə əlaqədar orada əziyyət çəkir.

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Yohan Bir deyib ki, beş aparıcı xəbər veb-saytını bloklamaqla prezident İlham Əliyevin hökuməti Azərbaycanda qalan bütün KİV azadlığı izlərini məhv edir.

“Azadlıq” qəzetinin bir neçə əməkdaşı, o cümlədən müvəqqəti redaktor Rahim Hacıyev son aylarda eyni taleyi yaşamamaq üçün ölkədən qaçmaq məcburiyyətində qalıb.

Berlində mühacirətdə yaşayan “Meydan” telekanalının rəhbəri Emin Milli fevralda yeni qətl hədələri aldığını bildirib.

“Kanal 13” veb-resursunun rəhbəri Əziz Orucov mayın 2-də “polisə tabe olmaqdan imtinaya” görə 20 sutka inzibati cəza alıb.

Azərbaycan 2017-ci ildə RSF-nin mətbuat azadlığı indeksində 180 ölkə arasında 162-ci yeri tutur, ötən ilin sentyabrında keçirilən referendumla səlahiyyətləri gücləndirilən Əliyev isə “mətbuat yırtıcıları” siyahısına daxildir.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Sərhədsiz reportyorlar” bəyanatını “ədalətsiz» adlandırıb.

“Sərhədsiz reportyorlar» bununla “böyük bir sifarişi yerinə yetirib”,-deputat belə deyib.



Turan IA

Ana səhifəXəbərlər”Əliyev hökuməti qalan bütün KİV azadlığı izlərini məhv edir”