”Əlimizin qabarı ilə becəririk”

“Sarımsaq əkininə sentyabrın 15-dən başlamışıq. İndi isə alaqlardan təmizləmək üçün onun dibini kətmənləyirik. Bu, həm də dibini yumşalması, bitkinin özünü tutması üçündür”.

Bu sözləri Ağcabədi rayonunda sarımsaq əkini ilə məşğul olan qadınlar deyir. Əkinçilərdən Tamella xanım bu işin çox çətin olduğunu, amma dolanışıq üçün məcbur qaldıqlarını deyir.

Adil Əliyev də işin çətinlikərindən və qiymətin baha olmasından danışır:

“Torpaq xətlənib, sonra sarımsaq dənələnib və bir-bir torpağa əkilib. Tez-tez suvarılır, alaqdan təmizlənir. Bunlar hamısı əl zəhməti ilə olur. Əlimizin qabarı ilə becəririk. 8-9 manata alıb, bir-bir əkmişik. Bu il əziyyətimiz çoxdu, məhsulu da bol gözləyirik”.

Səhər saat 8-dən sahədə olan əkinçilər yeməklərini də burada yeyirlər.

“Səhər 10-da çay fasiləsidir, bir də günorta 1-də nahar vaxtımızdır. Hər kəs öz evindən gətirdiyi yeməkləri yeyib, termosundakı çayı içib təzədən qayıdır iş başına” – deyir, əkinçi qadın.

Onların sözlərinə görə, sentyabrdan əkilən sarımsaq may ayında yığılacaq. O vaxta qədər isə əkinçilərə zəhmətin bəhrəsini gözləmək qalır.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Əlimizin qabarı ilə becəririk”