”B
u gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvlərindən kimsənin sərhəd yoxlamalrına məruz qalması mümkün deyil”
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının kordinatoru Əliməmməd Nuriyev Meydan TV-də dərc olunan
“Bəzi QHT-lərə cinayət işi dayandırıldı”
xəbərində onun fikirlərinin təhrif olunduğunu bildirib.
Əliməmməd Nuriyev bu barədə Meydan TV-yə deyib ki, o, xəbərdə yer alan “Daha əvvəllər isə Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi İB), Anar Orucov (Qafqaz Media Araşdırmala Mərkəzi), Vüqar Bayramovla ( İqtisadi və Sosila İnkişaf Mərkəzi) bağlı cinayət işləri dayandırılmışdı” fikrini işlətməyib.
“Düzdür, bəzi QHT-lərlə bağlı problemlər olub, ancaq artıq bunlar həllini tapıb, söhbət bank hesablarına qoyulan həbsin götürülməsi, vergi cinayətlərinin ləğv olunmasından gedir” söyləyən Nuriyev əlavə edib ki, Mirvari Qəhrəmanlıya, Anar Orucova və Vüqar Bayramova qarşı cinayət işi açılmamışdı və o da bu barədə heç nə deməyib: “Cinayət işi və
vergi sanksiyaları
“İqtisadi Tədqiqatlar Mərkəzi”ndən
Qubad İbadoğu
və
Qalib Bayramov
a, “Azad İqtisadiyyata Yardım” İB-nin rəhbəri
Zöhrab İsmayıl
a, “Demokratik Təsisatlar və İnsan Hüquqları” İB-dən
Elçin Abdullayevə və ”
Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyətindən
Səbuhi Qafarova qarşı olub.
Mirvari Qəhrəmanlı, Anar Orucov və Vüqar Bayramovun isə bank hesablarına həbs qoyulmuşdu, artıq bu da götürülüb. Ümumiyyətlə, bu adamların ölkədən çıxışına da qadağa qoyulmamışdı. Sadəcə, ölkədən gedəndə gömrük yoxlamasına məruz qalırdılar, bunlar da aradan qaldırıldı və hər hansı bir yoxlama baş verməyəcək. Bu sırada Mehriban Vəzir, Azər Mehtiyev, İlham Hüseyn, Zaur Əkbər, Xalid Kazımov və başqaları da vardı”.
“Məhkəmə hökmü olmadan vətəndaşın sərhəddə gömrük yoxlamasına məruz qalması qanunsuz deyilmi” sualına Nuriyevin cavabı belə olub: “Ölkəyə daxil olan istənilən şəxsin bəyannamələrində şübhə olarsa, yoxlanıla bilər. Qanunvericilik bunu istisna etmir. Məsələ ondadır ki, Azərbaycanda bunun üçün 2 əsas var: Birinci, cinayət məsuliyyətinə cəlb edilərkən, ikinci, məhkəmənin şərti cəzayla bağlı hökmü olanda qadağa qoyulur. Həm də vergi borcu olanlara o cür qadağalar olur. Yoxlamalara gəlincə, bu, gömrük orqanlarının səlahiyyətində olan məsələdir. Əgər onların əlində əməliyyat-axtarış haqda, ya da hüquq pozuntusu ehtimalıyla bağlı məlumatı olarsa, əlavə yoxlamalar aparmaq hüququna malikdirlər. Qanunvericilik onlara belə səlahiyyət verib. Əgər müəyyənləşsə ki, bəyənnamədə göstəriləndən əlavə nəsə aparır, yaxud 10 min dollardan artıq vəsait çıxarır, o zaman bunu qaçaqmalçılıq kimi qeydə alıb, onun çıxışına qadağa qoya bilərlər. Ancaq Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası vətəndaş cəmiyyətinin nümayəndələrinin sərhəddə hər hansı yoxlamaya məruz qalmasını istəmirdi, çünki bu, onların fəaliyyət azadlığına mane olur. Koalisiya qrantların verilməsi, vergi məsələlərilə bağlı müvafiq qurumlara müraciət etdi və məsələ tam aradan qaldırıldı. Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası üzvlərindən kimsənin sərhəd yoxlamalrına məruz qalması mümkün deyil”.
Ə.Nuriyev deyib ki, ötən il Azərbaycan növbədənkənar Mədən Sənayesində Şəffaflığın Artırılması beynəlxalq Koalisiyası tərəfindən dəyərləndirildi: “Qiymətləndirmə zamanı bir sıra tələblər vardı ki, Azərbaycana yönəlik qərarlar oldu. Qərarda Azərbaycan tam üzvlükdən namizədlik statusuna endirildi, nəticədə bəzi məsələlərin həlli istiqamətində tövsiyələr verildi. Bundan əlavə, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının fəaliyyətinə ehtimal olunan maneələrin aradan qaldırılması, hesablara qoyulan həbslərin götürülməsi və digər problemlərin həlli yönündə təkliflər və müraciətlər olmuşdu. Ötən ilin sentyabrında koalisiyanın prezidenti Kleer Şot Azərbaycanda oldu, o, həm koalisiya üzvləri, həm də prezident İlham Əliyevlə görüşdü. O, mövcud olan problemlərin tam aradan qaldırılmasını istəmişdi. Bir məqamı unutmayaq ki, Azərbaycanın koalisiayaya qoşulması təşəbbüsü 2003-cü ildə İlham Əliyev tərəfindən olmuşdu, o zaman dövlət başçısı SOCAR-ın vitse-prezidenti kimi sənədə imza atmışdı. Ondan sonra bu istiqamətdə verilən tapşırıqlar zaman-zaman icra olunurdu. Əvvəl bir sıra insanların qrantları qeydə alındı, bəzilərinə olan cinayət işi dayandırıldı, Məsələn, Elçin Abdullayev, yaxud sərhəddə yoxlamaya məruz qalan Mehriban Vəzir, Xalid Kazımov, Hafiz Həsənov, Mirəli Hüseynov, Qalib Bayramov və başqalarına qarşı bu problemlər götürüldü. Əsas məsələlərdən biri o idi ki, koalisiya Dünya Bankının layihəsi əsasında regionlarda geniş seminarlar apardı. Yerli icra hakimiyyətləri, bələdiyyələrlə, şirkət nümayəndələrilə görüşlər keçirildi”.
Əliməmməd Nuriyev Dünya Bankıyla uğurlu danışıqlar getdiyini və yaxın vaxtlarda çoxtərəfli qrupla əməkdaşlığın genişlənəcəyini dedi: “Söhbət koalisiya üçün maliyyə mənbələrinin yardımından gedir. Təəssüf ki, Avropa İttifaqında koalisiyanın fəaliyyətinin genişləndirilməsilə bağlı qrant layihəsi təsdiqlənmədi. 2015-ci ilin sonunda QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına dəstəyinin dərinləşdirilməsi ilə bağlı ayrıca istiqamət elan etdi, müsabiqədə koalisiya üzvləri də iştirak edirdi. Yaxın günlərdə təqdim olunan layihələrlə bağlı nəticələr elan olunacaq. Şura həm də ümumi yığıncağa maliyyə dəstəyi ilə bağlı müraciətimizə müsbət cavab verdi, təəssüf ki, beynəlxalq donorlardan reaksiya olmadı. Ötən müddətdə koalisiyanın 39 üzvündən şüraya edilən müraciətin 32-nə müsbət cavab verilib, konkret olaraq, 200 min manata yaxın vəsait ayrılıb”.