Qanun layihəsi yenidən hazırlanır
“Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsi yenidən işlənib”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, söhbət təkcə Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasından getmir: “Layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq”.
III qrup Qarabağ əlili Zaur Həsənov ötən il dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında benzin tökərək özünü yandırandan sonra əlillərlə bağlı problemlərin kompleks həlli məsələsi gündəmə gəlib.