Əlillər yüksək müavinət tələb edirlər (VİDEO)

İyunun 7-də günün birinci yarısında bir qrup fiziki məhdudiyyətli şəxs Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Etirazçıları prezidentin sosial məsələlər üzrə müşavirinin müavini Mehman Tağıyev qəbul edib. Əsasən əlil uşaqların müavinətlərinin artırılması, həmin uşaqlara qulluq edən valideynlərdən birinə müavinət ayrılmasının zəruri olmasından danışan şikayətçilər  onlara verilən 67 manatın uşağın heç sağlam qida rasionunu təmin etmədiyini qeyd edən Sevda Səfərəliyeva bu uşaqların sonda internat evinə aparıldığını da qeyd edib.

Zaur Hacılı məhz əlillər üçün nəzərdə tutulan kredit sisteminin hazırlanmasının önəmli olduğunu dedi.

Mübarizə aparmaq lazımdır – deyən Orxan Adıgözəl bunun effekt verdiyini bildirərək bundan öncə Prezident Administrasiyasina gələrkən orada qəbul otağının qarşısında pandusun olmadığını diqqətimizə çatdırdı. İndi isə artıq həmin yerdə pandus qoyulub.

Bu dəfəki tələblər daha ciddi və anlaşılandır. Əlilliyi olan hər kəsin şəhərdə normal hərəkətindən tutmuş evindəki rahatlığına qədər hər bir şey dövlət tərəfindən nəzarətə götürülməlidir. Bizə və şikayətçilərə qalan isə həmin zamanı gözləməkdir.

Ana səhifəVideoƏlillər yüksək müavinət tələb edirlər (VİDEO)