“Əli və Nino” kitab mağazalar şəbəkəsi həm də “Qanun” nəşriyat evinə satılması ilə bağlı təziqlər artıb.
“Qanun” nəşriyyatında aparılan vergi yoxlamaları və kəsilən 150 min manatlıq cərimədən sonra indi də ölkənin ən böyük kitab mağazaları şəbəkəsi “Əli və Nino”nun satılması məsələsi gündəmə gəlib. Şəbəkənin rəhbəri Nigar Köçərli bildirir ki bütün bunlar kitab bazarına girmək istəyən oliqarxların işinə xidmət edir:
“Böyük bir monopolistlər bu sahəyə “girşmək” istəyirlər. Sahədə olan yeganə nəşriyyatı boğmağa çalışırlar. Bundan sonra “Əli və Nino” şəbəkəsinə də təziqlər artıb. Bəlkə də onlar böyük şəbəkə yaratmaq istəyirlər. Bu baş verənlər dövlətə qarşı zərbədir”.
Azərbaycanda biznes sahələri zorla alınır
Köçərli deyir ki, Azərbaycanda biznes sahələri insanların əlindən təziqlə alınır, normal qaydada satılmasına imkan verilmir:
“Normal ölkələrdə belə bir praktika var ki, insan hansısa biznesi yaradırsa, onu sata bilər. Sadəcə Azərbaycanda belə bir praktika yoxdur. Mən eşitməmişəm ki hansısa məmurlar öz bizneslərini satsınlar. Bizim məmur fikirlərşir ki bu sahəyə 150 min manat veməkdənsə, gedib özünə mülk ala bilər”.
Mağazalar şəbəkəsinə edilən təziqlərə rəğmən satışı ilə bağlı məsələsinə də aydınlıq gətirərkən bildirib ki, o bunu satmayacaq “Əli və Nino” mənim həyatımın işimdir. Mən onunla yaşayıram”, – deyə, Nigar Köçərli əlavə edib.
Şahbaz Xuduoğlu:”Onlar bir qrupdur”
Son günlər bu sahədə təziqləri daha bir qurum yaşayır. Bu da “Qanun” nəşriyyat evidir. Mətbəənin sahibi Şahbaz Xuduoğlu bildirib ki, “Qanun”- un dəyəri var. Əgər kimlərsə onu alacaqlarsa, satışı normal qaydada reallaşmalıdır:
“Onlar bir qrupdur. Əvvəlcə əməkdaşlıq etməyə gəldilər. Mən də bildirdim ki, əgər siz kitab dükanları açacaqsınızsa, o zaman biz məmuniyyətlə sizə kitab verəcəyik. Onlar böyük bir kitab şəbəkəsi yaratmaq istəyirdilər. Və sonradan yeni təkliflə gəldilər. Onun da ilk sırasında ümumiyyətlə nəşriyytı götürmək dururdu”.
“Onlar”-ın kim olduğunu müəyyən səbələrdən gizli saxlamağa çalışan Şahbaz Xuduoğlu mətbəənin satılmasına etiraz etmədiyini bildirib:
“Mən harda olduğumu bilirəm və buna etiraz etmədim. Dedim ki, uyğun bilsəniz götürə bilərsiniz. Hər şeyin bir dəyri var. Gərək buna baxılsın, görülsün. Onsuz da burada mən desəm ki yox, zorla alacaqlar”.
Lakin Xuduoğlunun realda və təziqlərsiz “Qanun”-u satmaq fikri olmadığını vurğuladı və əlavə etdi ki “Əgər alırlarsa, mən etiraz edə bilmərəm. Etiraz etsəm buldozerin qabağına verərlər”.
“Qanun”-un elektiki kəsilib
Şahbaz Xuduoğlu nəşriyata hər gün müxtəlif təziqlərin olduğuna diqqət çəkdi və bildirib ki, bu gün artıq xeyli vaxtdır mətbəənin elektiki kəsilib.
“ Dedilər Yasamal rayonunda təmir işləri gedir, ona görədir. Amma yağış deyil, qar deyil, niyə söndürsünlər? Onunçün şübhələrimiz var ki, bəlkə də bu ərazidə təkcə nəşriyyatımızın işıqlarını kəsiblər. Ola bilər, kiminsə göstərişidir, nəşriyyatın işinə mane olmaq istəyirlər, bilmək olmaz” deyə o əlvə edib.