Əli Kərimlinin pasportunu Avropa Məhkəməsi də qaytara bilmir

Hökumətlə Avropa Məhkəməsi arasında kommunikasiya 1 il əvvəl bitib. Hələ də pasportunu ala bilməyən Əli Kərimli “Hər halda qərar vermirlər” deyir

Source:


H


ə


l


ə


d


ə


pasportunu ala bilm


ə


y


ə


n


Ə


li K


ə


rimli “H


ə


r halda q


ə


rar vermirl


ə


r” deyir

AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, 8 ildən çoxdur xarici pasport ala bilmir. Bununla bağlı onun şikayəti Avropa İnsan Haqları məhkəməsi ilə Azərbaycan hökuməti arasında kommunikasıya mərhələsini arxada qoyub. Ancaq 1 il əvvəl başa çatan kommunikasiyaya baxmayaraq qərar yoxdur.

AXCP sədri Avropa Məhkəməsinin məsələyə münasibətini maksimum gecikmə kimi dəyərləndirir. Ötən 8 ilin 3 ilini yerli məhkəmələr apardı. Adətən, Ali Məhkəmədən sonra iş Avropa Məhkəməsinə gedir.

“Ancaq mənim şikayətimi Ali Məhkəmədən sonra rayon məhkəməsinə qaytardılar və bir daha əvvəlki prosedurları təkrarən keçdim. Kommunikasiya 1 il əvvəl başa çatsa da, qərar verə bilmirlər. Hər halda qərar vermirlər” deyə Əli Kərimli belə düşünür.

AXCP sədri narazılığını müvafiq dairələrə ifadə edib: “Amma Avropa Məhkəməsi öz müstəqilliyinin keşiyində dayanan qurum olduğundan heç bir tərəfdən təsir qəbul etmir. Ona görə də gözləməkdən başqa çarəmiz yoxdur”.

Əli Kərimli Avropa rəsmiləri ilə müxtəlif görüşlərdə qarşılaşdığı durumu onlara çatdırdığını deyir: “Bildirirəm ki, siz Avropa Şurasına üzv olan ölkələrə Avropa İnsan Haqları Məhkəməsini yaxşı bir mexanizm kimi təqdim edirsiniz, guya, insan haqlarını müdafiə baxımından. Amma bu mexanizm heç də yaxşı mexanizm deyil, praktik olaraq işləmir. Əgər mən 8 il pasportsuz qalıramsa və bu məhkəmə ötən müddətdə qadağanı aradan qaldıra bilmirsə, bir başqası, məsələn, Əli İnsanov həbsxanada 9 il saxlanılırsa, Avropa Məhkəməsinin iş prinsiplərinin təkmilləşməsinə ehtiyac var. Çünki Avropa Məhkəməsi bu gün bizim hüquq və azadlıqlarımıza hər hansı təminat yaratmır”.

Ana səhifəXəbərlərƏli Kərimlinin pasportunu Avropa Məhkəməsi də qaytara bilmir