AXCP sədri Əli Kərimli saat 10:45-də evindən çıxır. O, qara rəngli 01 BM 636 nömrə nişanlı maşınına əyləşir. Maşının ardınca düşən sarı rəngli 10 TC 673 nömrəli avtomobil Əli Kərimlini izləyir. Əli Kərimli mətbuat konfransının keçirildiyi RATİ-nin ofisinə qədər təqib olunur.
Əli Kərimli RATİ-nin ofisinin qarşısında düşərkən onu izləyən maşın irəli keçib saxlayır. Biz maşına yaxınlaşıb içəridə əyləşənlərə salam veririk. Maşının pəncərəsindən bizi görən iki nəfər mülki geyimli şəxs tez maşını işə salıb, aradan çıxırlar.
Əli Kərimli Milli Şuranın “Siyasi Məhbuslar Forumu” adlı mətbuat konfransına qatılır.
Tədbirdən sonra AXCP sədri Əli Kərimli izlənilməsi ilə bağlı məlumatlı olduğunu bildirir. O, 10 gündür açıq-aşkar izlənildiyini vurğulayır.
Tədbirdən sonra evinə qayıdan Əli Kərimlini artıq izləmirdilər.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 14 May 2014 15:27