Əli Kərimli və Sahib Kərimlinin debatı (VİDEO)

Sentyabrın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyası VI (IX) Qurultayı keçirilib. Partiya üzvü Sahib Kərimli öz namizədliyini irəli sürüb və səsvermənin gizli keçirilməsini təklif edib. Təklif səsə qoyulub, iki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olunub. Belə olanda Sahib Kərimli sədr Əli Kərimlini tənqid edib və namizədliyini geri götürüb.

Səsvermədən sonra yenidən sədr seçilən Əli Kərimli bəzi tənqidi fikirlərə cavab verib.

Ana səhifəVideoƏli Kərimli və Sahib Kərimlinin debatı (VİDEO)