Əli Kərimli: “Ailəm daim hədələnir”

Oğlunun həbsindən danışan AXCP sədri Əli Kərimli ailəsinin daim təhdid altında olduğunu deyir. Partiya sədri həmçinin qeyd edir ki, bu cür təzyiq və hədələr onu mübarizə yolundan döndərə bilməz.

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçiciləri ilə ilk mitinqi keçirilən günün axşamı AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli polis tərəfindən saxlanıb və ertəsi gün ona polisə müqavimət ittihamı ilə 25 sutka həbs verilib. Onunla birgə olan daha iki yoldaşı isə 30 sutka həbs olunublar

Ana səhifəVideoƏli Kərimli: “Ailəm daim hədələnir”