Əli Kərimli ABŞ rəsmisi ilə görüşüb

Amerika nümayəndəsi Bakıda fundamental azadlıqlara hörmətdən danışıb

Source:


Amerika nümayəndəsi Bakıda fundamental azadlıqlara hörmətdən danışıb

AXCP sədri Əli Kərimli mayın 31-də Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavininin müşaviri Bricit Brinklə görüşüb.

Bu barədə

“Turan”

informasiya agentliyinə Ə.Kərimli özü bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratikləşmə prosesi və onun önündəki maneələr, eləcə də siyasi məhbus problemi, AXCP-yə qarşı yeni repressiya dalğasının başlanması və s. məsələlər müzakirə edilib.

AXCP lideri görüşün yekunlarını yüksək dəyərləndirib.

Azərbaycana səfəri çərçivəsində Bricet Brink prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

B.Brink ABŞ-ın Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə dair marağını bildirərək 25-ci Xəzər Neft və Qaz Sərgisinin və Şahdəniz 2 yatağından qaz təchizatının başlanmasının vacibliyini vurğulayıb.

Rəsmi görüşlər zamanı B.Brink həmçinin sərbəst toplaşma azadlığı, qanun aliliyi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla fundamental azadlıqlara hörmətlə yanaşmanın həm Azərbaycanın biznes mühiti, həm də ikitərəfli tərəfdaşlıq üçün vacib olduğunu vurğulayıb.

Ana səhifəXəbərlərƏli Kərimli ABŞ rəsmisi ilə görüşüb