Yanvarın 31-də Bakı Appelyasiya Məhkəməsində Əli İnsanova işgəncə verilməsi ilə bağlı onun şikayətinə baxılıb. Əli İnsanov bu dəfə məhkəmə zalında şüşə kabinəyə salınıb. Keçmiş səhiyyə nazirinin vəkili Toğrul Babayev bunu qanun pozuntusu adlandıraraq, mülki prosesdə ilk dəfədir ki, belə hala rast gəldiyini deyir. Bu səbəbdən vəkil, Əli İnsanovun məhkəmədə sərbəst danışa bilməməsi üçün “şüşəli qəfəsə” salındığı və bunun siyasi sifariş olduğu qənaətindədir.