Əli Hüseynli: Nazirlər Kabinetinin islahatların önündə getməsini müşahidə etməmişik

”Düşünmürəm ki, 26 sentyabr referendumundan sonra istiqsadiyyatda köklü dəyişikliklər baş verəcək”

Source:
Əli Hüseynli
Əli Hüseynli


”Düşünmürəm ki, 26 sentyabr referendumundan sonra istiqsadiyyatda köklü dəyişikliklər baş verəcək”

“Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər Konstitusiya islahatlarının məntiqi davamıdır”.

Bunu APA -ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, buna qədər də belə addımlar atılıb: “Məsələ ondadır ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən həm iqtisadi baxımdan sürətli inkişafı, həm də regionda bir ölkə kimi çəkisinin sürətlə artmasıdır. Buna görə də ölkədə Konstitusiyaya yeni əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb”.

Milli  Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hesab edir ki, bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir: “Bu, Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təklif edilən müddəalardır. Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa Administrasiyası vasitəsi ilə həyata keçirdiyi də görünür. Baxmayaraq ki, Nazirlər Kabineti (NK) mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.

Ə. Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib: “Əlbəttə, Nazirlər Kabinetinin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti  həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses bəzən aylarla sürən prosesə çevrilir. Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik. İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir”.

Deputat Əli Hüseyninin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı  Qadir İbrahimli bildirib ki, Nazirlər Kabinetinin passivliyi barədə dəfələrlə iqtisadçılar qeyd edib. Ancaq eyni fikri 20 il sonra keçəndən sonra  Milli Məclisin komitə sədri Əli Hüseynli referendumla bağlı səsləndirir: “Həqiqətən də Nazirlər Kabineti ölkədə ölü struktura çevrilib, ancaq bunun real səbəbini baş nazirin fəaliyyətyi ilə əlaqələndirməzdim. Artur Rəsizadə uzun müddət təsərrüfatda işləyib və iqtisadiyyatda təcrübəsi olan şəxsdir. Sadəcə, ona ayrılan qeyri-rəsmi mandat bundan ibarət olub ki, Nazirlər Kabineti ölkənin sosial-iqtisadi mühitində aktiv rol oynamasın. Yəni onun passivliyi baş nazirin qeyri-peşəkarlığından, yaxud təcrübəsizliyindən irəli gəlmir”.

Qadir İbrahimli

Qadir İbrahimli bildirib ki, 26 sentyabr referendumundan sonra NK üçüncü dərəcəli struktura çevriləcək. Bu onunla nəticələnəcək ki, NK indikindən də məhdud səlahiyyətli struktur olacaq, qurumun səlahiyyətlərini birinci vitse-prezident yerinə yetirəcək. Elə Əli Hüseynlinin açıqlaması da NK-nin siyasi institut kimi sıradan çıxarılmasını əsaslandıran açıqlamadır. Yeni dəyişikliklərə əsasən NK öz əhəmiyyətin daha da itirəcək.

O, birinci vitse-prezidentlik institunun islahatlar həyata keçirə biləcəyi barədə suala belə cavab verib: “Düşünmürəm ki, 26 sentyabr referendumundan sonra Azərbaycan istiqsadiyyatında köklü dəyişikliklər baş verəcək. Hər hansı dəyişikliklər olsa belə, bu, Prezident Administrasiyasının diktəsiuylə olacaq. Nazirlər Kabineti bu prosesdən kənarda saxlanılacaq.

Ana səhifəXəbərlərƏli Hüseynli: Nazirlər Kabinetinin islahatların önündə getməsini müşahidə etməmişik