Əli Həsənov: Rusiyanın mövqeyində obyektiv yumşalma görürük

Elxan Şahinoğlu: ”Putin çalışacaq ki, tərəflər atəşkəslə bağlı üzərlərinə növbəti öhdəlik götürsünlər”

Source:


Elxan Şahinoğlu: ”Putin çalışacaq ki, tərəflər atəşkəslə bağlı üzərlərinə növbəti öhdəlik götürsünlər”

“Avropada qaçqın problemi çox ciddidir. Bu problem bəlkə də kulminasiya nöqtəsinə çatıb. Azərbaycan dövləti bu problemin həllinə sistemli yanaşıb, Avropa istəyərsə, bizim təcrübəmizdən yararlana bilər”.

APA-nın məlumatına görə, bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov cəbhə xəttindəki gərginlikdən danışıb. 2-4 aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin torpaqları azad etməyə hazır olduğunu ortaya qoyduğunu söyləyib: “Mən həmişə ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid etmişəm. Amma son dövrlər münaqişənin tənzimlənməsinə münasibətdə Rusiyanın mövqeyində obyektiv yumşalma görürük. İndi Ermənistanda Rusiyaya qarşı çıxışlar etməyə başlayırlar. İrəvanda İkinci Dünya Müharibəsində faşist rejiminə xidmət etmiş şəxsin heykəlini qoyublar. Bu gün Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü var. Ümid edirik ki, bu görüşdə irəliləyiş olacaq, proqnozlar da bunu göstərir. İnanırıq ki, Rusiya prezidenti obyektiv mövqe ortaya qoyacaq. Bu, gec-tez olmalı idi, daim belə qala bilməzdi, haqq-ədalət öz yerini tutur. Biz münaqişənin obyektiv həllini gözləyirik. Azərbaycan prezidenti erməni anlarının da gözüyaşlı qalmasını istəmədiyini bildirib, biz sülh tərəfdarıyıq. Ancaq Ermənistan prezidenti Serj Sarkisyan biri neçə il əvvəl erməni gəncləri ilə görüşdə dedi ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Belə insanla necə Qarabağ problemini həll etmək olar?! Təsəvvür edirsiniz ki, bizim prezidentin Serj Sarkisyanla oturması necə çətindir”.

Əli Həsənovun fikirlərinə münasibət bildirən siyasi şərhçi Elxan Şahinoğlu Meydan TV-yə bildirib ki, iki məsələni bir-birindən ayırmaq lazımdır: “Cənab Həsənov söylədiklərinin birinci hissəsilə razıyam. Düzdür, Rusiya-Ermınistan münasibətlərində müəyyən suallar yaranıb. Ermənistan Rusiyanın Azərbaycana silah satmasından, aprel savaşından birmənalı münasibət bildirməməsindən, Moskva isə İrəvanda faşistləri dəstəkləmiş şəxsə heykəl qoyulmasından narazıdır. Rusiya eyni məntiqlə Ukraynanı da ittiham edir ki, faşistlərlə əlbir olan Bandera və digərlərinin xatirələri əbədiləşdirilir. Əslində, Rusiya eyni münasibəti Ermənistana sərgiləməlidir ki, Nijde Bandera kimi Hitler Almaniyasına dəstək verib. Ancaq bütün bunlar Rusiyanın Dağlıq Qarabağ məsələsində ortaya ədalətli yanaşma qoyduğu haqda fikir söyləməyə əsas vermir. Aprel savaşından 2 ay keçib, amma Moskvanın İrəvana hər hansı təsirini görmədik”.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu hesab edir ki, Putin 16 illik hakimiyyəti zamanı hansısa münaqişənin həllində pozitiv rol oynamayıb: “2008-ci ilin avqustunda Gürcüstanla müharibə, Krımın ilhaqı, Donbas separatçılarının dəstəklənməsi və nəhayət, Türkiyəylə, Avropa Birliyi, Amerikayla münasibətlərin soyuması Putinin hakimiyyəti zamanı olub. Sadaladıqlarımdan sonra “Putin Ermənsitana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək” kimi fikirlərə inanmıram. Yaxın tarix də inanmağa əsas vermir. Sabiq Rusiya prezidenti Medvedev daha xoşməram ortaya qoymuşdu, 10 dəfə prezidentləri bir araya gətirdi, Bakıya gəldi və onunla saziş imzalandı ki, Azərbaycanla əməkdaşlıq daha faydalıdır. Bununla belə, Medvedev təsirli addım ata bilmədi. Əksinə, Kazan planı ortalığa qoyuldu ki, bu da Azərbaycanın maraqlarına cavab vermədi. Çünki planda referendumun tarixi göstərilirdi. Ona görə də Medvedevin ata bilmədiyi addımı Putinin atacağı inandırıcı deyil”.

Siyasi şərhçi Sankt-Peterburq görüşü ilə bağlı bildirdi ki, aprel atəşkəsinin memarı Putin olsa da, 20 iyun görüşünün nəticəsinə ümidli deyil: “Sadəcə, çox çalışacaq ki, tərəflər atəşkəslə bağlı üzərlərinə növbəti öhdəlik götürsünlər. Çünki gələcək aylarda atəşkəs pozulsa, Putin simasını itirə bilər. Ancaq status-kvonun, atəşkəsin qalması Ermənistanın maraqlarına cavab verir”.

Ana səhifəXəbərlərƏli Həsənov: Rusiyanın mövqeyində obyektiv yumşalma görürük