Əli Əhmədov: Növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq

Cəmil Həsənli: ”Seçkilərin legitimliyini tanımırıq”

Source:
Əli Əhmədov foto report.az
Əli Əhmədov foto report.az


Cəmil Həsənli: ”Seçkilərin legitimliyini tanımırıq”

“Exit-poll” keçirən təşkilatların nəticələrinə görə hazırki prezident İlham Əliyev seçkilərdə qalib gəlib və ümid edirik ki, Mərkəzi Seçki Komissiyası nəticələri elan edəcək”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov mətbuat konfransında bəyan edib.

Ə.Əhmədov deyib ki, növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq, Azərbaycan iqtisadiyyatı gücləndiriləcək və şaxələnəcək.

Onun sözlərinə görə, daha geniş dövlət proqramları işlənib hazırlanacaq.

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli isə, seçkilərin legitimliyinin tanımadıqlarını və bununla bağlı müxalifətin mitinqinin keçiriləcəyini bəyan edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı 11 aprel növbədənkənar prezident seçkisinin nəticələrinin əvvəlcədən məlum olduğunu bildirib:

“Bugün keçirilən prezident seçkisi alternativsiz sayılmalıdır, seçimsiz seçki də adlandırmaq olar”.

Başqan Meydan TV-yə deyib ki, seçkilərdə iştirak edən namizədlər də opponent kimi İlham Əliyevi yox, boykot qərarı verən müxalifəti hədəf seçmişdilər:

Arif Hacılı
Arif Hacılı

“Seçkilərin nəticələrinin bülletenlər hələ sayılmamaış bayram edilməsi də seçkinin nə cür təşkil olduğunu ortaya qoyur. Bu prosesdə ciddi bir şey yoxdur, seçki komissiyalarında 40 minə qədər adam çalışır, onlar ən böyük informasiya daşıyıcıları olduqlarından elementar seçki qaydalarına əməl edilmədiyini əla bilirlər. Nəhayət, seçkilərdə iştirak edənlərin sayı həddən çox artırılıb, ona görə Əliyevin əvvəlcədən qalib elan olunacağı məlum idi”.

Ana səhifəXəbərlərƏli Əhmədov: Növbəti 7 il Azərbaycanda yeni inkişafın mərhələsi olacaq