Elgiz Qəhrəmanın istintaqı yekunlaşıb

NİDA-çı təcridxanada məntiqdən testlər kitabı hazırlayır

Source:


NİDA-çı təcridxanada məntiqdən testlər kitabı hazırlayır

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E. Qəhrəmanın vəkili Fariz Namazlının Meydan TV-yə verdiyi məlumata görə, növbəti həftə cinayət işi materialları ilə tanış olacaqlar və daha sonra cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

F.Namazlı həmçinin bildirib ki, E. Qəhrəman özünü yaxşı hiss edir, gününü mütaliə ilə keçirir və həmçinin məntiqdən testlər kitabını hazırlayır.

E. Qəhrəmanın həbsdə oxuduğu kitablar – “Ferrarisini satmış rahib” (Robin Şarma), “Far from the Madding crowd” (Tomas Hardy), “Entwined with you” (Sylvia Day), “Reflected in you” (Sylvia Day), “Idem Mahkumunun son gunu” (V. Huqo), “Sevgi neredeyse Tanri ordadir” (Tolstoy), “Bizim büyük çaresizliyimiz” (Barış Bıçakcı), “Herşey hiç bir şeymiş” (Canan Barlaş), “Olasılıksız” (Adam Fawer), “Qürur və qərəz” (Ceyn Ostin), “Çərpələng uçuran” (Xalid Hüseyni), “Görünməz Adam” (Herbert Uells), “Sahildə qətl” (Əlisəfa Azayev), “Empati” (Adam Fawer), “Ye, iç, dua et” (Elizabeth Gilbert), “Pozitiv gücün büyüsü” (Louise L. Hay), “Məntiqli düşünmə sənəti” (Rolf Dobelli), “Ali və Nino” (Qurban Səid), “Elgernon üçün çiçəklər” (Deniel Keyes), “Qatil” (Nizami Mirzə), “Netoçka Nezvanovna” (Dostoyevski), “Çemodan” (Sergey Dövlatov), “Sevgili Con” (Nikolas Spark), “Kara kitap”(Orhan Pamuk), “Aldatmak” (Paulo Coelho), “Cənnətdə bir iblis” (Henry Miller), “Uğultulu tepeler” (Emily Bronte), “Gözlənilən bir qətlin tarixçəsi” (Markes) “Küskün gözəlçələrimi xatırlayarkən” (Markes), “Patriarxın payızı” (Markes), “Ankara məhbusu” (Suat Dərviş), “Polkovnikə məktub yoxdur” (Markes), “Bizdə oğru yoxdur” (Markes), “Rio pedra sahilində oturdum və ağladım” (Koelho), “Başucumda müzik” (Kürşat Başar), “Şərq ekspresində qətl” (Aqata Kristi), “Yüz ilin tənhalığı” (Markes), “Beş donuz balası” (A. Kristi), “Küçük prenses” (Antuan de Ekzüperi), “Rocer Ekroydun qətli” (A. Kristi), “Cinayət və cəza” (Dostoyevski), “Bin möhteşem güneş” (X. Hüseyni), “Sənin qar üzündəki izinlə” (Markes), “Paris və Londonda qara qəpiksiz” (C. Oruel), “Heyvanıstan” (C. Oruel), “1984” (C. Oruel), “Məsumiyyət muzeyi” (O. Pamuk), “Korluq” (Saramaqo) “Cakaranda ağacının uşaqları” (S. Delicani), “Əxlaqi nasiri” (N. Tusi), “Bəşəriyyətin gizli tarixi” (S. Sveyq)

Elgiz Qəhrəman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri satış məqsədi ilə əldə etmə) ittiham olunur.

Bu ittihamla gənc fəal 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yaymışdı.

Ana səhifəXəbərlərElgiz Qəhrəmanın istintaqı yekunlaşıb