”Ələt” yatağındakı meydançanın bir hissəsi çöküb

Ölən və yaralanan yoxdur

Source:


Ölən və yaralanan yoxdur

Yanvarın 4-də axşam saatlarında SOCAR-ın N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) “Ələt” yatağındakı 41 saylı platformada meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

Məlumatı “APA-Economics” yayıb. SOCAR faktı təsdiqləyib. Qurumdan bildirilib ki, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yataq elektrik enerjisi ilə təchiz olunsun.

Dövlət şirkətindən onu da bildiriblər ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.

Bu platforma bütün “Ələt” yatağını işıqlandıran platformadır.

Ana səhifəXəbərlər”Ələt” yatağındakı meydançanın bir hissəsi çöküb