”Elə bil hər tərəf dağılırdı” (VİDEO)

Tərtərdə yaşayan sakinlərin bəzisi şiddətli döyüşlər nəticəsində evlərindən çıxıb qonşu rayonlara üz tutublar. Onların sözlərinə görə, mərmi həyətlərinə düşdüyündən evlərini müvəqqəti tərk etməli olublar. Meydan TV onlardan bir neçəsi ilə söhbətləşib. Sakinlərin sözlərinə görə, ötən gecə saat 03:00 radələrində atışma başlayıb və səhərə qədər davam edib.

Tərtər sakini Gülarə Əliyevanın sözlərinə görə, saat 3-dən səhərə qədər atəş səsləri səngiməyib. “Biz saat 10-da çıxdıq Tərtərdən. Bizdən sonra da davam edib. Dayanmayıblar. Evlərə dəyən güllələrdən yaralanan olmayıb. İçəri boş idi. Amma ev dağılıb”.

Digər sakin Kifayət Quliyeva isə Bərdəyə gəlməsinin səbəbini atışmanın şiddətli olması ilə əsaslandırır. “Mərmilər evə, qapıya-bacaya düşdüyü üçün bura gəlmişik. Yaşayışımız da pis gündə. Bizi heç kim çıxarmayıb, özümüz çıxmışıq. Hökumət bizə deyərmi “qaç”?!”

Sakinlərin sözlərinə görə, cəbhə bölgəsində konturun qiymətini də 20 qəpik artırıblar.

Ana səhifəVideo”Elə bil hər tərəf dağılırdı” (VİDEO)