Eldəniz Quliyevin müavini mühacirətə getdi

Seyran Rəfiyev: “Mən ailəmin təhlükəsizliyini qorumaq üçün Azərbaycanı tərk etməyə məcbur oldum”

Source:


Seyran Rəfiyev: “


Mən ailəmin təhlükəsizliyini qorumaq üçün Azərbaycanı tərk etməyə məcbur oldum”

Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədr müavini Seyran Rəfiyev ona edilən təzyiqlərə tab gətirməyərək ölkəni tərk edib. Meydan TV-yə bu barədə danışan Seyran Rəfiyev bildirdi ki, birliyin sədri Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verildikdən sonra ona naməlum nömrələrdən zənglər olub: “Məni və ailə üzvlərimi naməlum şəxslər ölümlə hədələməyə başladılar. Əsas tələbləri o idi ki, mən Eldəniz bəyin işində şahidlik etməyim və onun işində ümumiyyətlə, danışmayım, o cümlədən, mətbuata olayın necə baş verməsi barədə müsahibələr verməyim”

Eldəniz Quliyevin Dövlət Yol Polisinin əməkdaşı ilə qarşılaşdığı insdentdə iştirakçı olduğunu söyləyən Seyran Rəfiyev bildirdi ki, onlar ofisdən evə qayıdarkən Dilarə Əliyeva və Puşkin küçəsinin kəsişməsində işıqforun yaşıl işığında hərəkət edirdilər: “Maşını mən idarə edirdim. Piyadalara yol verdim, sonra yoluma davam elədim. 50-60 metr qabaqda yol patrul xidmətinin əməkdaşı bizi saxladı. Mən də əmrə tabe olub maşını saxladım. Polisdən hansı səbəbə görə saxlandığımızı sual etdim. Polisin dediyinə görə, mən piyadalara yol verməmişəm, ona görə sənədlərimi tələb etdi. Qanuna əsasən sənədlərimi təqdim etdim, o zaman başqalarını da saxladıqlarından ətrafda çoxlu vətəndaşlar vardı. Bu zaman diqqətimizi polisin ahıl bir kişiyə çox tərbiyəsiz davranışı cəlb etdi. Eldəniz Quliyev buna “hər şeydən əvvəl biz azərbaycanlıyıq. Axı siz niyə görə yaşlı insanı incidirsiniz?” deyə etiraz etdi. Bundan sonra ətrafdakılar da polisin bu davranışına etdiraz etdilər”.

AZB-in sədr müavini bildirdi ki, bu münasibətdən sonra DYP əməkdaşı protokol yazsa da, o, imza atmayıb: “Sadəcə, protokola qeyd etdim ki, heş bir qayda pozuntusuna yol verməmişəm və məni saxlayan polisdən reketçilik münasibəti görmüşəm. Həmin vaxt Eldəniz bəy polislərlə söhbətində nazirin ünvanına bir kəlmə də söz deməyib, hadisənin şahidi mən olmuşam”.

Seyran Rəfiyev iki gün sonra nazir Usubovun AZB sədrini məhkəməyə verdiyini eşidib: “Bundan sonra isə mənə naməlum nömrələrdın zənglər gəldi, bu zənglərin mahiyyətində təzyiqlər dayanırdı. Mən də ailəmin təhlükəsizliyini qorumaq üçün Azərbaycanı tərk etməyə məcbur oldum. Eldəniz bəyin mənə olan təzyiqlərdən xəbəri vardı, amma müsahibələrində bu barədə danışmamışdı. Çünki o mənim Azərbaycanı sağ-salamat tərk etməyimi gözləyirdi. Yəqin ki, Eldəniz bəy bundan sonra məlumat verəcək”.

O, Azərbaycanı tərk etdiyini, ancaq təhlükəsizliyə görə hansı ölkədə olduğu barədə heç bir məlumat verməyəcəyini dedi.

Ana səhifəXəbərlərEldəniz Quliyevin müavini mühacirətə getdi