Eldəniz Quliyevin məhkəməsində fasilə yaranıb

Ona qarşı CM-in 147.1 və 148-ci maddələri ilə cinayət işi açıldığı elan olunub

Source:


Ona qarşı CM-in 147.1 və 148-ci maddələri ilə cinayət işi açıldığı elan olunub

Sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyilə daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə qarşı iddiasına baxılıb.

Meydan TV-in əməkdaşının məhkəmədən verdiyi məlumata görə, Eldəniz Quliyevin vəkili Elçin Sadıqov nazir Ramil Usubovun məhkəmədə iştirak etməsi barədə vəsatət qaldırsa da, qəbul olunmayıb.

“Əgər Ramil Usubova ziyan dəyibsə, o, mütləq məhkəmədə iştirak etməlidir. Bugünə qədər polislər də rüşvət alıb, yaxud DYP-çilər qanunsuz cərimələr edib, buna görə nazir nə üçün onların məsuliyyəti haqda susur? Məgər, bunlar onun təhqir olunması deyilmi?”, – deyə vəkil bildirib.

Məhkəmədə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi açıldığı elan olunub. 147.1 maddəsinə görə, 100 manatdan 500 manata qədər cərimə, 240-480 saata qədər işləmək, 6 aylıq həbs müddəti. 148-ci maddə isə 300 manatdan min manata qədər cərimə, 6 ay həbs müddəti, 240-480 saat işləmək nəzərdə tutulur.

Məhkəmə saat 15.00-dək təxirə salınıb.

Ana səhifəXəbərlərEldəniz Quliyevin məhkəməsində fasilə yaranıb