Eldar Mahmudovla bağlı cinayət işi başlaya bilər

Vüsal Ələkbərova hökm oxundu

Source:
Eldar Mahmudov
Eldar Mahmudov


Vüsal Ələkbərova hökm oxundu

İyulun 10-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən məhrum edilib. Bundan əlavə, onun əmlakı zərərçəkmiş Akif Qurbanovun xeyrinə müsadirə edilib.

Məhkəmə keçmiş MTN naziri Eldar Mahmudov və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında Baş Prokurorluğa təqdimat göndərib.

V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrinə əsasən ittiham olunub.

E. Mahmudov 2015-ci ilin sonlarında nazir vəzifəsindən azad edilib. Bundan sonra nazirliyin bir sıra yüksək rütbəli şəxslərinə qarşı cinayət işi başlanılıb. Onlar insanları qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə pul tələb etmə, qanunsuz dinləmələr həyata keçirmək və digər cinayətlərdə ittiham olunurlar.

Ana səhifəXəbərlərEldar Mahmudovla bağlı cinayət işi başlaya bilər