Eldar Həsənov səfir vəzifəsindən geri çağırılıb

Eldar Həsənov Serbiya və Azərbaycan Təhlükəsizlik şuralarının rəsmiləri arasında görüşə görə Bakıya gəlib və görüşdən sonra saxlanılıb

Source: google.az


Eldar Həsənov Serbiya və Azərbaycan Təhlükəsizlik şuralarının rəsmiləri arasında görüşə görə Bakıya gəlib və görüşdən sonra saxlanılıb

Prezident İlham Əliyev avqustun 17-də Eldar Həsənovun Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Eldar Həsənov avqustun 13-də

saxlanılıb

.

Avqustun 14-də Səbail Rayon Məhkəməsinin qərarıyla onun haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham

olunur

.

Eldar Həsənov Serbiya və Azərbaycan Təhlükəsizlik şuralarının rəsmiləri arasında görüşə görə Bakıya gəlib və görüşdən sonra saxlanılıb.

DTX-nın məlumatına görə, Eldar Həsənov Xarici İşlər Nazirliyində bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə saxlanılıb.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib, 2013-cü ildən o, Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada səfiri vəzifəsində çalışırdı.

Ana səhifəSiyasətEldar Həsənov səfir vəzifəsindən geri çağırılıb