Eldar Həsənov artıq təqsirləndirilən şəxsdir (yenilənib)

Dövlət Təhlükəsizlik Xidmətinin avqustun 13-də yaydığı məlumatda bildirilib ki, maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Source: Specify Source

***


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq getdiyi dövrdə həbsdə qalacaq. Səbail rayon Məhkəməsinin qərarıyla onun haqqında noyabrın 3-nə qədər həbs-qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılacaq.


E.Həsənovun vəkili Adil İsmayılovun bildirdiyinə görə, müvəkkili özünü təqsirli bilmir, vəzifədən sui-istifadə etmə və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi barədə ona verilən ittihamları qəbul etmir.


Vəkili E.Həsənov haqqında həbs qərarından apelyasiya şikayəti veriləcəyini desə də, əlavə məlumat vermək istəməyib. Səbəbini də belə izah edib: “Eldar Həsənov mediaya məlumat verilməsini istəmir. Hesab edir ki, haqq-ədalət öz yerini tapacaq”.


E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

***


Səfir məhkəmə qarşısına çıxarılıb

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov artıq şübhəli yox, təqsirləndirilən şəxs kimi tanınıb. Ona CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham verilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Səbail rayon Məhkəməsinə təqdimat verilib. Hazırda səfir məhkəmə qarşısına çıxarılır.

Dövlət Təhlükəsizlik Xidmətinin avqustun 13-də yaydığı

məlumat

da bildirilib ki, maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulubMəlumatda xatırlanır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs-qətimkan tədbiri seçilib.

“Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib”.

Eyni zamanda, cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi qeyd olunub.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru vəzifəsində çalışıb. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib, 2013-cü ilə qədər bu ölkədə çalışıb. O, 2013-cü ildən Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada səfiri vəzifəsində çalışır.

Ana səhifəSiyasətEldar Həsənov artıq təqsirləndirilən şəxsdir (yenilənib)