Elçin Sadıqov: 6 il əvvəl ölmüş atama bildiriş gəlib

”Bu, mənə və ailəmə qarşı həyata keçirilən təxribatdır”

Source:


”Bu, mənə və ailəmə qarşı  həyata keçirilən təxribatdır”

Respublika Prokurorluğu 6 il əvvəl dünyasını dəyişmiş Əli Sadıqova bildiriş göndərib. Bu barədə məlumatı onun oğlu, vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yayıb.

Onun sözlərinə görə, atası Əli Sadıqov 22 dekabr 2011-ci ildə kəskin ürək çatışmazlığından vəfat edib. 2017-ci ilin fevral ayının 20-də isə cavab gəlib ki, Baş Prokurorluq onun müraciətini qeydə alıb.

Vəkil həmin müraciətdə nə yazıldığını öyrənə bilməyib və bunu özünə qarşı təxriba hesab edir:

“Bu, mənə və ailəmə qarşı mənim qanuni peşə fəaliyyətimə görə həyata keçirilən təxribatdır. Təxribatı həyata keçirəndə də araşdırmırlar ki, bu adam sağdır, ya yox”.

Elçin Sadıqov Baş prokuror Zakir Qaralova müraciət edib:

“Xahiş edirəm,  bu məktubun kim tərəfindən yazılması, poçta verilməsi  və kim tərəfindən imzalanmasının müəyyən edilməsinə, bu təxribatları törədənlərin məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.

Baş Prokurorluqdan məsələyə münasibət bildirilməyib.

Ana səhifəXəbərlərElçin Sadıqov: 6 il əvvəl ölmüş atama bildiriş gəlib