Elçin Qasımov karserə salınıb

Vəkil: “Bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”

Source:


Vəkil: “Bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Bakı İstintaq Təcridxanasında 5 sutkalıq karserə salınıb. Bu barədə “Turan”-a onun vəkili Elçin Qəmbərov məlumat verib.

“Onun səhhəti pisdir. Buna baxmayaraq, Elçin Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib, əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, – vəkil bildirib.

Elçin Qasımov ötən ilin noyabrında həbs olunub.  Həbsdən sonra onlarla dindar Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.

Üç həftədən sonra – ayın 26-da DİN Nardaranda xüsusi əməliyyat keçirib. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırzadə  həbs olunub. Onlar hakimiyyətin ələ keçirilməsinə cəhddə və digər ağır cinayətlərdə ittiham olunublar. Həbs edilənlər məhkəmə zamanı bildiriblər ki, bir neçə gün ərzində onlara işgəncə veriblər, müxalifətlə birlikdə ölkədə çevriliş hazırladıqlarını etiraf etməyi tələb ediblər.

Ana səhifəXəbərlərElçin Qasımov karserə salınıb