Elçin Məmməd Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

“Məni çağıranda dedim ki, mən həm də vəkiləm məhkəmələrim var. Ona görə bir qədər vaxt istədim. Ancaq saat təxminən 12:00-13:00 radələrində orda olmalıyam”.

Source:

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” onlayn nəşrinin baş redaktoru Elçin Məmməd bu gün Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Onu istintaq idarəsinin rəis müavini Murad Quliyev çağırıb. Bu haqda QHT rəhbəri özü Meydan TV-yə məlumat verib: “Məni çağıranda dedim ki, mən həm də vəkiləm məhkəmələrim var. Ona görə bir qədər vaxt istədim. Ancaq saat təxminən 12:00-13:00 radələrində orda olmalıyam”.

E.Məmmədin sözlərinə görə, bu il mayın 29-u ölkəyə qayıdarkən aeroportda saxlanılıb və bundan sonra Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb: “Düz 12 saat orda saxlanıldıqdan sonra bir müstəntiq gəldi və dedi ki, iyun ayının 5-də gəlib izahat yazarsan. İyun ayının 5-də gedəndə bildim ki, məsələ Beynəlxalq Bankdakı araşdırma ilə bağlıdı. Qeyri Hökumət Təşkilatlarının əksəriyyətinin Beynəlxalq Bankda hesabları olub. Polislər təkcə kreditlərə yox, dövriyyəyə də nəzarət edirlər. Kimin hesabına nə qədər pul gəlib ona da nəzarət var. Bizim QHT-nin hesabına da həbs qoyulub, üzərində  cinayət işi var”.

Xarici ölkə səfirliklərinə xəbər verdiyini deyən QHT rəhbərinin barəsində 192 (qanunsuz sahibkarlıq) və 309-cü (vəzifə səlahiyyətlərini aşma) maddələrlə cinayət işi qaldırılıb.

Ana səhifəXəbərlərElçin Məmməd Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılıb