Ekspertdən kənd təsərrüfatı nazirinə sərt cavab

“Ölkəni labaratoriyaya çeviriblər, bu yaşlarında öyrənmək üçün eksperiment aparırlar”

Source:
Vahid Məhərrəmov


“Ölkəni labaratoriyaya çeviriblər, bu yaşlarında öyrənmək üçün eksperiment aparırlar”

Kənd Təsərrüfatı naziri Heydər Əsdovun “ölkədə iribuynuzlu mal-qaranın sayı 4 dəfə azaldılmalıdır” açıqlamasına aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov sərt reaksiya verib.

O, bu barədə Facebook səhifəsində yazıb.

Vahid Məhərromov nazirə sual ünvanlayıb: “Görəsən, nazir hansı hesablamaya əsasən bu “ixtira”nı edib? Ölkədə mövcud olan 2,7 milyon baş mal-qara ilə əhalinin südə olan ehtiyacı 50 faiz, ətə olan ehtiyacı isə 38 faiz ödənilir. Sonuncu göstəricidə isə əsas yeri quş əti tutur. Aqrar sektoru bilməyən bu məmurlar bütün bir ölkəni labaratoriyaya çeviriblər, bu yaşlarında öyrənmək üçün eksperiment aparırlar. On il bundan qabaq yazdığım məqalədə qeyd etmişdim ki, ölkənin südə olan təlabatını ödəmək üçün 500 min baş yüksək məhsuldar, il ərzində 6-7 ton süd verən inək saxlanıla bilər. Bu qədər sağılan inəyin bir o qədər də buzovu olacaq, bu isə 1 milyon baş edir”.

Ekspert hesab edir ki, əhalinin mal ətinə olan təlabatını ödəmək üçün hər il yüksək köklükdə 800 min baş cöngə kəsimə verilməlidir: “Əlbəttə, bunun bir hissəsi südlük mal-qaranın hesabına ödənilər. Ancaq ətlik heyvanların alınması üçün əlavə ən azı 600 min baş inək saxlanmalıdır. Beləliklə, ən azı 2 milyon 100 min baş yüksək məhsuldar iribuynuzlu mal-qara saxlamaqla ölkə əhalisini keyfiyyətli ət və süd məhsulları ilə təmin etmək olar. Bu rəqəm isə nazirinn səsləndirdiyi rəqəmdən 4 dəfə çoxdur”.

Ana səhifəXəbərlərEkspertdən kənd təsərrüfatı nazirinə sərt cavab