Ekspert Vahid Məhərrəmovdan yeyinti məhsulları haqda xəbərdarlıq

“İndi elə yeyinti məhsulu yoxdur ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmadan istehsal olunsun”

Source:





İ


ndi el


ə


yeyinti m


ə


hsulu yoxdur ki, genetik modifikasiya olunmu


ş


bitkil


ə


rin genetik materiallar


ı


ndan istifad


ə


olunmadan istehsal olunsun



“Hökumət zəhər tərkibli məhsulları idxal dəyərindən 10-15 dəfə baha qiymətə bizə yedizdirməkdə israrlıdır. İnhisarçı oliqarx-məmurlar daimi olaraq ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalını tam əllərində saxlamaq üçün yeni fənd fikirləşiblər”.

Bu iddianı öz Facebook səhifəsində kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov gündəmə gətirib.

Vahid Məhərrəmov Milli Məclisin Aqrar siyasət komitəsinin Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, bitki materiallarının və ya həmin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələrin əlavə olunması təklifini xatırladaraq bildirib ki, yeni təkliflərdə hətta 7 ilədək azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur: “Əlavələrdə qeyd olunur ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə -bilə idxal etmə, satma – 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə; genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə; yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlqıdan məhrum etmə; yuxarıda göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq”.

Vahid Məhərrəmov xaricdən kolbasa, sosiska və digər ət məhsulları, balıq məhsulları, süd məhsulları, meyvə-tərəvəz, kartof və sair yeyinti məhsulları alıb gətirəndə, düşünməyi tövsiyyə edir: “Birincisi, indi elə yeyinti məhsulu yoxdur ki, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmadan istehsal olunsun. İkincisi, siz bunu bilə-bilə etmədiyinizi sübut etmək üçün məmurla anlaşmalısınız. Yoxsa, sizi buna görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Verilən təklifə görə “əməlləri külli miqdarda törətdikdə isə 7 min manatdan 9 min manata qədər cərimə” ödəməli və yaxud “5 ilədək azadlqıdan məhrum” ediləcəksiniz! Həm də bir dəfə məhkum etdikdən sonra sizdən əl çəkən deyillər. Təklif olunan maddənin dördüncü hissəsinə görə, artıq bir dəfə məhkum edilmiş şəxslər göstərilən əməlləri yenidən törətdikdə 3 ildən 7 ilədək azadlıqdan məhrum olunacaq. Görünür, hökumət idxal olunan zəhər tərkibli məhsulları idxal dəyərindən 10-15 dəfə baha qiymətə bizə yedizdirməkdə israrlıdır”.

Ana səhifəXəbərlərEkspert Vahid Məhərrəmovdan yeyinti məhsulları haqda xəbərdarlıq