Ekspert: Azərbaycan çörəyə təlabatın 70 faizini digər ölkələrin hesabına ödəyir

O deyir ki, ölkəyə 2020-ci ilin yanvar-aprel aylarında 60,8 milyon dollar dəyərində 279,7 min ton buğda idxal edildiyi halda, bu ilin eyni dövründə 92,9 milyon dollar dəyərində 365,3 min ton buğda idxal edilib

Source:


"Kənd Təsərrüfatı Nazirliyi fürsətcillərin əlində qalıb"

2021-ci ilin birinci rübündə Azərbaycana 188 min ton buğda idxal edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Dövlət Statistika Komitəsi (DSK) belə hesablayıb.

Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri 47 milyon 749,9 min dollar olub. Artımın 31,2 faiz olduğu qeyd edilir.

Bundan əlavə, Azərbaycana idxal olunan şəkər xammalı, bitki yağı, kərə yağı məhsullarının da idxalında artım olub.

Yanvar-mart aylarında Azərbaycana 35 milyon 823,8 min dollar dəyərində 81,051 min ton şəkər xammalı və şəkər idxal olunub. Şəkər idxalında artım 3,9, şəkər xammalında isə 5,1 dəfədir. Bundan əlavə ölkəyə 53 milyon 543 min dollar dəyərində 41,293 min ton bitki yağı idxal edilib. Burada isə artım 47,6 faizdir.

DSK bildirib ki, eyni dövrdə xaricdən 20 milyon 81,9 min dəyərində 4,158 min ton kərə yağı və süddən hazırlanmış yağlar alınıb. Burada isə artım 5,1 faizdir.

Komitənin məlumatından görünür ki, tərəvəz idxalında da artım müşahidə edilib. Xaricdən 9 milyon dəyərində 18,75 min ton tərəvəz alınıb ki, burada artımın 2 dəfə, kartof idxalında isə 0,6 faiz olduğu bildirilir.

Məlumatda çay idxalında 5,2 faiz, iribuynuzlu heyvan əti idxalında 27,8 faiz, quş əti və quş əti məhsulları idxalında 22,8 faiz, meyvə idxalında isə 3,4 faiz azalma olduğu vurğulanıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, bütün bunlar Prezident İham Əliyevin apardığı "köklü islahatlar", "müdrik və uzaqgörən siyasət" nəticəsində baş verib.

Azərbaycana buğda idxalı fiziki çəkidə 30 faizdən çox, dəyər ifadəsində isə 52,8 faiz artıb.

Vahid Məhərrəmov
Vahid Məhərrəmli

Ekspert DSK-nın məlumatından fərqli rəqəmlər açıqlayıb.

O deyir ki, ölkəyə 2020-ci ilin yanvar-aprel aylarında 60,8 milyon dollar dəyərində 279,7 min ton buğda idxal edildiyi halda, bu ilin eyni dövründə 92,9 milyon dollar dəyərində 365,3 min ton buğda idxal edilib: “İlham Əliyevin apardığı "islahatlar" o qədər köklü, siyasət o qədər "müdrikdir" ki, ilin axırına kimi idxal edilən buğdanın həcmi 1 milyon 600 min ton təşkil edəcək. Bu da ölkə əhalisinin ərzaq buğdasına olan təlabatın 70 faizi qədərdir. Bu o deməkdir ki, Azərbaycan çörəyə olan təlabatının 70 faizini digər ölkələrin hesabına ödəyir”.

Vahid Məhərrəmov deyir ki, əslində buğda istehsal etmək elə çətin bir iş deyil, ancaq bu yöndə hər hansı addımlar atılmır, səy göstərilmir: “Çox təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi bu haqda düşünməyən fürsətcillərin əlində qalıb”.

Bu il fevralın 23-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycana buğda idxalı, satışı, unun, çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Habelə Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən mayın 1-nədək ölkədə un istehsal edən şəxslərə hər tona görə 35 manat subsidiya veriləcəkdi.

Azərbaycana idxal edilən buğda gömrük rüsumundan da azaddır. Ölkəyə idxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Baş nazir Əli Əsədovun fevralın 16-da imzaladığı qərara görə, bu il mayın 1-dən Azərbaycandan ixrac olunan buğdanın hər 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunur.

Ana səhifəİqtisadiyyatEkspert: Azərbaycan çörəyə təlabatın 70 faizini digər ölkələrin hesabına ödəyir